Admin

“Azexport” portalı Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Azexport.az” portalı Böyük Britaniyada yerləşən beynəlxalq media qurumu “Luxlife Magazine Ltd” tərəfindən təşkil olunan “Global Excellence Awards 2025” müsabiqəsində nüfuzlu mükafata layiq görülüb. Portal “İnnovasiya” nominasiyasında “2025-ci ilin qlobal bazarlara çıxış üzrə Cənubi Qafqazda ən yaxşı milli elektron ticarət platforması” (Best National Global Market Access eTrade…

ətraflı

İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə hazırlanmış “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi redaktorluğu ilə yazılan kitab Azərbaycanda sığorta sektorunun rəqəmsal transformasiyasını sistemli şəkildə təhlil edən ilk fundamental akademik…

ətraflı

YAXIN ŞƏRQ YENİ QANLI SAVAŞ ASTANASINDA: ABŞ-İRAN SAVAŞI QAÇILMAZ GÖRÜNÜR

Yaxın Şərqdə cərəyan edən hadisələrin bu regionda yeni genişmiqyaslı savaş ehtimalının hər keçən gün daha da artdığını göstərir. Prosesin təsirinin özünün daha geniş coğrafiyada göstərəcəyi də şübhəsizdir və bu təsir dairəsində Azərbaycan da yer alır. Söhbət konkret olaraq, ABŞ və İran arasında gözlənilən savaşdan gedir. İsrailin də burada aktiv iştirakı istisnalıq təşkil etmir. Artıq rəsmi…

ətraflı

DÖVLƏT QAYĞISI ÖLKƏDƏ BİZNES MÜHİTİNİ İLDƏN-İLƏ LİBERALLAŞDIRIR – MƏQALƏ

Müasir dövrdə hər bir ölkənin investisiya cəlbediciliyi, ilk növbədə, biznes mühitinin liberallığı, ictimai-siyasi və hüquqi sabitlik, dövlətlə özəl sektor arasında münasibətlərinin şəffaflığı ilə şərtlənir. Azərbaycan son onilliklərdə məhz bu yanaşmanı əsas götürərək biznes mühitinin ildən-ilə yaxşılaşdırılması istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirir. Bu islahatların mərkəzində dövlət-sahibkar münasibətlərinin qanuni əsasda qurulması, qarşılıqlı məsuliyyətin təmini, bürokratik amillərin…

ətraflı

Davos forumunda prezident diplomatiyası: Geosiyasi və iqtisadi təsirin analizi

Ümumdünya İqtisadi Forumu çərçivəsində keçirilən prezident səviyyəli görüşlər müasir beynəlxalq münasibətlərin formalaşmasında mühüm rol oynayır. Davos platforması dövlət başçılarına çoxtərəfli diplomatiya, strateji tərəfdaşlıqların möhkəmləndirilməsi və milli iqtisadi maraqların təbliği üçün unikal imkanlar təqdim edir. Davos görüşləri ənənəvi ikitərəfli diplomatiyadan fərqli olaraq bir neçə əhəmiyyətli üstünlüyə malikdir. Birincisi, qısa müddət ərzində çoxsaylı dövlət və hökumət başçıları,…

ətraflı

AZƏRBAYCAN-ABŞ STRATEJİ TƏRƏFDAŞLIĞI GÜCLƏNİR, HƏRBİ ƏLAQƏLƏR YENİ YÜKSƏLİŞ MƏRHƏLƏSİNƏ DAXİL OLUR – TƏHLİL

Getdikcə daha mürəkkəb xarakter almağa başlayan müasir beynəlxalq münasibətlər sistemində müdafiə sənayesi dövlətlərin milli təhlükəsizliyinin təmin olunmasında və strateji müstəqilliyinin qorunmasında mühüm rol oynayır. Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra müdafiə qabiliyyətinin gücləndirilməsini prioritet istiqamət kimi müəyyən edib və bu məqsədlə müdafiə sənayesi sahəsində əlaqələrini uğurla şaxələndirib. Bu strategiya ölkənin həm hərbi-texniki potensialının artırılmasına, həm…

ətraflı

ERMƏNİSTANIN SƏHVİ, AVROPANIN PLANI: LAZIMSIZ MİSSİYANIN ETİRAFI – ŞƏRH

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının rəhbəri Markus Ritterin sülh müqaviləsi imzalandıqdan və ratifikasiya olunduqdan sonra missiyanın Ermənistan-Azərbaycan sərhədində artıq lazım olmayacağı barədə açıqlaması əslində bu missiyanın indiyədək nə üçün mövcud olduğu sualını bir daha gündəmə gətirir. Bu bəyanat dolayısı ilə onu göstərir ki, Aİ missiyası nə uzunmüddətli təhlükəsizlik mexanizmi, nə də real sülh aləti olub….

ətraflı

AZƏRBAYCAN QLOBAL HUMANİTAR DİPLOMATİYANIN MÜHÜM İŞTİRAKÇISIDIR

Son illərdə Azərbaycan beynəlxalq müstəvidə həm də ardıcıl və sistemli humanitar siyasəti ilə seçilən dövlətlərdən birinə çevrilib. Rəsmi Bakının müxtəlif regionlarda baş verən fövqəladə və böhranlı vəziyyətlərə operativ reaksiyası, təbii fəlakətlər, silahlı münaqişələr və sosial böhranlar zamanı göstərdiyi yardımlar ölkəmizin qlobal sülhə, təhlükəsizliyə və həmrəyliyə real töhfələr vermək niyyətini açıq şəkildə nümayiş etdirir. Bu fəaliyyət…

ətraflı

Azərbaycanın öz iradəsinə qarşı cəlb oluna biləcəyi müharibələr

Cənubi Qafqaz münaqişə potensialı çox yüksək olan bir bölgədir. Bu region qitələr, hərbi-siyasi və iqtisadi bloklar, böyük və güclü qonşular arasında sərhəd rolunu oynayır. Azərbaycan otuz il ərzində Ermənistanla münaqişə vəziyyətində olub. Ərazisini işğaldan azad etməklə ilə yanaşı, Bakı əsasən Rusiya, daha az dərəcədə isə ABŞ və Avropa tərəfindən tətbiq edilən münaqişə yolu ilə idarəetmə…

ətraflı

AZƏRBAYCANDA İKİNCİ NEFT BUMU BAŞLANIR

Qlobal miqyasda alternativ enerjiyə keçid sürətli xarakter alsa da, görünən odur ki, ənənəvi yanacaq növləri hələ uzun illər ərzində dünya iqtisadiyyatında mühüm rol oynamaqda davam edəcək. Çünki alternativ enerji istehsalı istənilən həcmdə deyil və bu vəziyyət yaxın onilliklərdə dəyişməyəcək. Elə bu kontekstdə təbii qaz, o cümlədən neft müasir dünyada qlobal iqtisadiyyatın, sənayenin və beynəlxalq münasibətlərin…

ətraflı