Prezident İlham Əliyevin yeni dünya nizamı
Müasir beynəlxalq münasibətlər sistemi fundamental transformasiyaya uğrayır. Ənənəvi təhlükəsizlik mexanizmlərinin effektivliyini itirdiyi və “yeni dünya nizamı”nın formalaşmağa başladığı bir dövrdə Azərbaycan Respublikasının xarici siyasət strategiyası keyfiyyətcə yeni və həlledici bir mərhələyə qədəm qoyub. Son dövrlərdə dünya siyasi gündəminin ritmini müəyyən edən Münhen Təhlükəsizlik Konfransı bu prosesdə dövlət maraqlarının qlobal auditoriyaya çatdırılmasında mühüm rola malikdir. Başqa…
