ERMƏNİSTAN BİRBAŞA DANIŞIQLAR FORMATININ DAHA SƏMƏRƏLİ OLDUĞUNU ETİRAF EDİR

Yekun sülh sazişi layihəsində əksini tapan 17 müddəanın tam razılaşdırılmasından sonra Ermənistan rəsmiləri qərəzli bəyanatlar verərək, Azərbaycanı “sazişin imzalanması prosesini uzatmaqda, sülhdə maraqlı olmamaqda” ittiham etməyə çalışsalar da, bu absurd iddialar beynəlxalq səviyyədə hansısa dəstək almır. Rəsmi Bakı bu iddiaları neytrallaşdıraraq açıq bəyan edir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına yol açan müddəalar aradan…

ətraflı

AZƏRBAYCANIN CƏNUBİ QAFQAZDA DAHA BİR TƏŞƏBBÜSÜ REALLAŞIR: REGİONDA VAHİD MÜZAKİRƏ PLATFORMASI YARADILIR

Azərbaycan, Gürcüstan və Ermənistanı özündə birləşdirən Cənubi Qafqaz çox böyük geosiyasi əhəmiyyətə, zəngin irsə və böyük iqtisadi potensiala malik regiondur. Strateji cəhətdən Avropa və Asiyanın kəsişməsində yerləşən bu ərazi  enerji resursları, ticarət yolları və regional əlaqə üçün mühüm tranzit dəhlizi rolunu oynayır. Bu üstünlüklərə baxmayaraq, region tarixi münaqişələr, parçalanmalar, ziddiyyətlər,  tərəqqiyə mane olan digər gərginliklərlə…

ətraflı

Gürcüstan–Azərbaycan əməkdaşlığı yüksələn xətlə inkişaf edir

Logistik zəncirin əsas halqaları olan bu ölkələrin gələcəyə aydın “yol xəritəsi” var Gürcüstanın yeni Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərinin ünvanı kimi Azərbaycanı seçməsini simvlizə edən əsas amil iki dost, qonşu ölkənin münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır – deyə bilərik. Bu səfəri, sadəcə, diplomatik mesaj olmayıb, daha böyük məna kəsb edən siyasi qərar, iki ölkə…

ətraflı

Ermənistan–Azərbaycan münasibətlərindəki de-fakto sülh mərhələsindən maksimum faydalanma yolları

11-13 aprel tarixlərində keçirilən Antalya Diplomatiya Forumu Cənubi Qafqazın 3 ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirləri üçün nadir üçtərəfli dialoq imkanı yaratdı. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Gürcüstan parlamentinin Avropa inteqrasiyası komitəsinin sədri Maka Boçorişvili arasında Türkiyənin vasitəçiliyi ilə baş tutan səmimi fikir mübadiləsi…

ətraflı

Vüsal Qasımlı Oksford Universitetinin elmi konfransında təqdimat edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Oksford Universitetinin “Beynəlxalq Maliyyə və Bankçılıq Cəmiyyəti” (IFABS 2025) konfransında təqdimatla çıxış edib. 15-17 aprel tarixlərində Oksford Universitetinin Səid Biznes Məktəbində (Saïd Business School) keçirilən builki konfransın mövzusu “Maliyyə dayanıqlılığı yolu: qlobal landşaftda dəyişən çağırışların idarə olunması”dır. Qlobal elm ictimaiyyətinin 200-dən…

ətraflı

Bakı Avrasiya Universitetində “Qərbi Azərbaycana doğru” elmi-praktik konfrans keçirilib

16 aprel 2025-ci il tarixində Bakı Avrasiya Universitetində Azərbaycan xalqının tarixi yaddaşının, milli-mədəni irsinin qorunması və gənc nəslə təbliği məqsədilə “Qərbi Azərbaycana doğru” adlı elmi-praktik konfrans təşkil olunub. Tədbir çərçivəsində eyni zamanda Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyevin müəllifi olduğu “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” kitabının təqdimat mərasimi keçirilib. Konfransda çıxış edən STM-in sektor müdiri, politoloq İlyas Hüseynov Qərbi Azərbaycandakı…

ətraflı

GÜRCÜSTAN-AZƏRBAYCAN STRATEJİ TƏRƏFDAŞLIĞI CƏNUBİ QAFQAZI REGİONAL ƏMƏKDAŞLIQ MƏKANINA ÇEVİRİB

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin dövlət rəhbəri kimi ilk xarici səfərini Azərbaycana etməsi, dövlət başçıları səviyyəsində aparılan səmərəli danışıqlar ikitərəfli münasibətlərin regional və qlobal çağırışlara əsaslanmasının, yüksək dinamizmlə inkişafının növbəti əyani təzahürü olub. Diplomatik protokol baxımından yeni seçilmiş prezidentin ilk xarici səfərə məhz Azərbaycandan başlaması ölkəmizin Gürcüstan üçün strateji əhəmiyyəti ilə bağlı dünyaya verilən açıq mesaj…

ətraflı

AZƏRBAYCAN-ÇİN MÜNASİBƏTLƏRİ AVRASİYANIN GEOİQTİSADİ MƏNZƏRƏSİNİ FORMALAŞDIRAN ƏSAS FAKTORLARDAN BİRİNƏ ÇEVRİLİR

Azərbaycan və Çin arasında 1992-ci ilin aprelində diplomatik əlaqələrin qurulmasından bəri münasibətlər çoxşaxəli əsasda dinamik inkişaf mərhələsinə qədəm qoyub. Ötən dövr ərzində ölkələrimizin əməkdaşlığı siyasi, iqtisadi, mədəni və strateji sahələrdə davamlı olaraq genişlənib. Hər iki ölkə qlobal geosiyasətdə, geoiqtisadiyyatda dəyişən dinamikaya çevik, adekvat reaksiya sərgiləyirlər. Bu, qarışılıqlı münasibətlərin dərinləşməsinə xidmət etməklə yanaşı,  regional sabitlikdə, inkişafda…

ətraflı

Çin tayvanda kəşfiyyat işini genişləndirib

Çin 23 milyon əhalisi olan Tayvan adasını ələ keçirmək üçün bütün imkanlardan istifadə etməyə çalışır. Çin ada ətrafında hərbi gücünü artırmaqla yanaşı Tayvanda kəşfiyyat işini də genişləndirib. Tayvan təhlükəsizlik nazirinin köməkçisi Çin kəşfiyyatı ilə əlaqəsi olduğuna görə həbs olunub. Bundan əvvəl Çin kəşfiyyatı ilə əlaqəsi olduöuna görə Tayvanın 3 məmuru həbs olunmuşdu. Tayvanın müxalifət Qomindan…

ətraflı

Azərbaycan və Suriya: İkitərəfli əlaqələrin yeni fəsli

Azərbaycan və Suriya arasında tarixi və mədəni əlaqələr baxımından dərin və qarşılıqlı təsirə əsaslanan bağlılıq mövcuddur. Bu əlaqələrin əsası, İpək Yolu əsrində qurulmuş, Azərbaycanın müstəqillik qazandığı illərdən həm əvvəlki, həm də sonrakı dövrlərdə davam etmişdir. Bu ölkələrin xalqları ticarət yolları, diplomatik əlaqələr və mədəni inteqrasiya vasitəsilə bir-birilərinə yaxın olmuş, ortaq dəyərlər formalaşdırmışlar. Təsadüfi deyildir ki,…

ətraflı