AZƏRBAYCANIN ORTA DƏHLİZİN İNKİŞAFINDA STRATEJİ ROLU YÜKSƏK DƏYƏRLƏNDİRİLİR
Təkcə Cənubi Qafqazda deyil, ümumən Avrasiya qitəsində strateji əhəmiyyəti ilə seçilən bir sıra layihələri uğurla reallaşdıran Azərbaycanın qlobal nəqliyyat dəhlizlərinin inkişafı sahəsindəki təşəbbüslər və praktiki addımları beynəlxalq maliyyə təşkilatları tərəfindən ciddi dəstək alır. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) may ayı üçün açıqladığı “Regional iqtisadi perspektivlər” hesabatında Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundakı (Orta Dəhliz və…
