AZƏRBAYCAN QLOBAL MİQYASDA ÖHDƏLİKLƏRİNƏ SADİQ, ETİBARLI TƏRƏFDAŞ KİMİ QƏBUL OLUNUR

Əlverişli biznes və investisiya mühiti, etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə, vaxtında icra etməsi, mühüm tranzit imkanları ölkəmizin investisiya cəbediliyini son illərdə əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan Prezidenti İlham Əliyevin mayın 29-da Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan bir qrup iş adamını qəbul etməsi və aparılan müzakirələr bunun növbəti əyani göstəricisidir. Son…

ətraflı

AZƏRBAYCAN İQLİM BÖHRANINA QARŞI MÜBARİZƏYƏ YENİ TÖHFƏLƏR VERİR

İqlim dəyişikliyi, onun yaratdığı böhran bəşəriyyətin üzləşdiyi ən böyük problemlərdən biri olaraq qalır. Amma hadisələrin inkişaf axarı göstərir ki, ümumiyyətlə, iqlim dəyişikliyi dünya üçün əslində, ən birinci problemə çevrilməkdədir və təcili preventiv tədbirlər tələb edir.  Çünki onun fəsadları sərhəd tanımır, bütün ölkələrə təsir edir və getdikcə daha təhlükəli xarakter alır. Ümumdünya Meteorologiya Təşkilatının 2025-2029-cu illər…

ətraflı

YENİ HAVA LİMANLARI AZƏRBAYCANI BÖLGƏDƏ MÜHÜM TRANZİT QOVŞAĞINA ÇEVİRİR

Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi azad edilmiş ərazilərdə növbəti qlobal infrastruktur layihəsinin reallaşması ilə yanaşı, Azərbaycan, Türkiyə və Pakistan arasında strateji həmrəyliyin əyani nümunəsi kimi tarixiləşib. Bu əlamətdar hadisə ilk növbədə, azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa siyasətinə müttəfiq dövlətlərin siyasi, mənəvi dəstəyinin təzahürüdür. Dağlıq və mürəkkəb relyef şəraitində, qısa müddətdə belə bir hava…

ətraflı

ERMƏNİSTAN AZƏRBAYCAN, RUSİYA VƏ İRANA QARŞI QƏRBİN ƏSAS KƏŞFİYYAT PLATSDARMINA ÇEVRİLİR

Ermənistanın yaxın tezlikdə böyük güclərin növbəti açıq toqquşma məkanına çevriləcəyi barədə verilən proqnozlar tədricən özünü doğruldur. Hazırda bu kontekstdə müşahidə edilən odur ki, kənar qüvvələr Ermənistanda öz mövqelərini dinamik şəkildə möhkəmləndirirlər, təsir güclərini artırırlar. Bu hal hərbi sahədən tutmuş siyasi, diplomatik, iqtisadi sferalara qədər olan müstəvilərdə özünü getdikcə daha qabarıq şəkildə büruzə verir. Məsələnin daha…

ətraflı

Laçın Beynəlxalq Hava Limanı strateji önəm kəsb edir

28 May- Azərbaycanın Müstəqillik Günündə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ölkəmizin doqquzuncu beynəlxalq hava limanı olan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil Əsədov bildirib ki, Laçın Beynəlxalq Hava Limanının həm siyasi, həm də strateji əhəmiyyəti olduqca böyükdür. Laçın şəhəri…

ətraflı

Azərbaycan və Pakistan strateji tərəfdaşlığı

Azərbaycan və Pakistan arasında möhkəm qardaşlıq əlaqələri hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycanın Laçın şəhərinə səfəri iki ölkə arasında strateji əməkdaşlıqda yeni mərhələdir. Bu əməkdaşlıq Azərbaycan-Pakistan əlaqələrinin şaxələnməsini təmin etməklə yanaşı, ölkəmizin regional inteqrasiya rolunu da gücləndirir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri…

ətraflı

Ermənistanın KTMT-dən uzaqlaşması, iqtisadi böhran və təhlükəli geosiyasi oyun

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçirilən müdafiə nazirləri toplantısı təşkilatın 2026–2030-cu illər üçün hərbi əməkdaşlıq planını təsdiqlədi. Qırğızıstan Müdafiə Nazirliyinin məlumatına görə iclasda kollektiv qüvvələrin müasir hərbi təhdidlərə qarşı birgə cavab mexanizmləri müzakirə olundu. Qırğızıstanın müdafiə naziri Ruslan Mukambetov vurğuladı ki, KTMT ölkələri təhlükəsizliyin möhkəmləndirilməsi və idarəetmə sistemlərinin təkmilləşdirilməsi istiqamətində ortaq baxışa malikdir. Lakin…

ətraflı

KONSTİTUSİYA DƏYİŞİKLİYİ: HƏQİQİ RİSK, YOXSA İMİTASİYA?

Ermənistanın baş naziri Nikol Paşinyan “İrəvan dialoqu-2025” konfransında Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməyəcəyi təqdirdə, ölkə Konstitusiyasına dəyişiklik təşəbbüsünü şəxsən öz üzərinə götürəcəyini deyib. Əvvəla, bu bəyanat ilk baxışda sülhə can atan, siyasi məsuliyyət daşıyan lider obrazını yaratmağa hesablanmış olsa da, dərin təhlil onun əsl niyyətlərinə dair ciddi suallar doğurur. Heç…

ətraflı

İSLAMAFOBİYA BEYNƏLXALQ TƏHLÜKƏSİZLİK SİSTEMİNƏ CİDDİ TƏHDİDDİR

Dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslər fonunda milli-dini zəmində gərginliklərin artması, ksenofobiya, islamofobiya kimi ifrat dözümsüzlük təzahürlərinin geniş vüsət alması müsəlman ölkələri arasında sıx əməkdaşlığın zəruriliyini ön plana çıxarır. Bu neqativ tendensiyalar beynəlxalq təhlükəsizlik mühitini zədələməklə yanaşı, fərqli sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı da ciddi şəkildə sarsıdır. Rəsmi Bakı hazırda təzahürlərinə geniş rast gəlinən islamofobiyanın yalnız…

ətraflı

ƏRZAQ TƏMİNATI İLƏ BAĞLI DÜNYADA KRİTİK VƏZİYYƏT FORMALAŞIR, AZƏRBAYCANDA İSƏ FƏRQLİ VƏZİYYƏT MÜŞAHİDƏ OLUNUR

Yüksək inflyasiya və devalvasiya son nəticədə ölkələri ərzaq böhranına sürükləyə biləcək amillər sırasına daxil olub.  Bunu BMT-nin sözügedən xüsusda hzırladığı hesabat da təsdiq edir. Düzdür, ərzaq böhranında  başqa amillərin də rolu var. Dünyanın müxtəlif yerlərində yaşanan münaqişələr, ekstremal iqlim şəraiti, nəqliyyat-logistika əlaqələrinin pozulması buna misal kimi göstərilə bilər. İndiki şəraitdə isə ərzaq böhranına ən həssas…

ətraflı