Azərbaycan Respublikası ilə Türkmənistan arasında çoxşaxəli əməkdaşlıq mövzusunda simpozium keçirilib

18.06.2025-ci il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Azərbaycan Respublikası ilə Türkmənistan arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktik simpozium keçirilib. Tədbirdə Azərbaycan və Türkmənistanın Xarici İşlər Nazirliklərinin yüksək səviyyəli rəsmiləri, deputatlar, diplomatik korpus nümayəndələri və beyin mərkəzlərinin təmsilçiləri  iştirak edib. Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev Azərbaycan…

ətraflı

Sərhədlərin bağlı saxlanılması: Bu uzaqgörən addımın milli təhlükəsizlik baxımından əhəmiyyəti indi daha aydın anlaşılır

Pandemiya dövründə bütün dünyada sərhəd nəzarəti və karantin rejimi kimi tədbirlər fövqəladə hallara uyğun şəkildə tətbiq olunurdu. Azərbaycanda da bu çərçivədə quru sərhədlərin bağlanması vacib addım kimi qəbul olundu. Lakin pandemiyanın fəal fazası başa çatdıqdan sonra sərhədlərin açılmaması cəmiyyətdə və siyasi spektrdə müxtəlif müzakirələrə səbəb oldu. Müxalif dairələr bu məsələni siyasi müstəviyə daşımağa, hökumətin qərarını…

ətraflı

Azərbaycan Şimali Makedoniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

Azərbaycan və Şimali Makedoniya arasında enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib. Caspian Barrel Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazov ilə Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.                                    …

ətraflı

Bakıda İİTKM-in dəstəyi ilə “FİNTEX SAMMİT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” keçiriləcək

Bakıda 24–25 iyun 2025-ci il tarixlərində “FİNTEX SAMMİT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” keçiriləcək. Sərgi Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi və “Visa” şirkətinin qlobal tərəfdaşlığı ilə baş tutacaq. “Bankçılıq və Maliyyə Ekosistemində Yeni Trendlər: Rəqəmsal İnteqrasiya, Fintex Tərəfdaşlıqları…

ətraflı

İİTKM ABŞ-nin “World Economic Magazine Awards 2025” müsabiqəsində ali mükafata layiq görülüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ABŞ-nin “World Economic Magazine Inc.” təşkilatının təşkil etdiyi “World Economic Magazine Awards 2025” beynəlxalq müsabiqəsində “Texnologiya” nominasiyası üzrə ali mükafata layiq görülüb. Nüfuzlu mükafat “Ağıllı monitorinq və qiymətləndirmə sahəsində mükəmməllik mükafatı – Azərbaycan 2025 (Excellence Award for Smart Monitoring and Evaluation – Azerbaijan 2025)” adlanır. İİTKM-in İqtisadi təhlil…

ətraflı

Yaddaşsız cəmiyyət yaratmaq: XXI əsrin müharibəsi

Qlobal imperializm artıq yalnız torpaqla kifayətlənmir, o, şüurları, dəyərləri və vicdanları da hədəf alır. Klassik kolonializm top-tüfənglə gələrdi, bu gün isə o, yumşaq güc formasında – film, moda, musiqi, təhsil və texnologiya vasitəsilə daxil olur.  Hədəf dəyişməyib: özünü dərk edən, milli yaddaşı güclü olan insan modelini sıradan çıxarmaq. Amma bu dəfə işğal çox daha zərif,…

ətraflı

BMTM və GLOBSEC 2025 birgə panel və xüsusi sessiya təşkil edib

GLOBSEC-in institusional tərəfdaşı olaraq Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) təşkilatla səmərəli əməkdaşlığını davam etdirir. 14.06.2025-ci il tarixində BMTM GLOBSEC-lə birgə “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Strateji Keçid?” (“The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?”) adlı panel müzakirəsi təşkil edib. TV aparıcı və jurnalist Kris Börnsün moderatorluq etdiyi panelin iştirakçıları sırasında Azərbaycan Respublikası…

ətraflı

Sosial müavinət və təqaüdlərin artırılması vətəndaşların rifahına xidmət edən strateji qərardır

Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə həyata keçirilən 5-ci sosial islahat paketi dövlətin sosial siyasətində insan amilini əsas götürən strateji yanaşmanın davamlılığını nümayiş etdirir. Bu paket çərçivəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması yüz minlərlə insanın gündəlik həyatına birbaşa müsbət təsir edən, sosial bərabərliyi gücləndirən və dövlətin sosial funksiyasını daha da…

ətraflı

Azərbaycan qadınların əmək bazarına çıxışında qlobal uğur nümunəsi kimi təqdir edilir

Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun 2025-ci ilin Yaz iclasında qadınların əmək bazarına çıxış imkanlarının genişləndirilməsi üzrə Azərbaycan uğurlu nümunə kimi göstərilib. İclasda vurğulanıb ki, ölkədə son dövrlərədək qadın əməyinin məhdudlaşdırıldığı 674 peşə sahəsinə qadınların çıxışı təmin olunub. Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur…

ətraflı

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri beynəlxalq tədbirdə iştirak edib

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası çərçivəsində 11 iyun 2025-ci il tarixində keçirilən tədbirdə iştirak edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının moderatorluq etdiyi tədbirin panel məruzəçiləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri…

ətraflı