“Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” çərçivəsində üç panel keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə keçirilən “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” çərçivəsində regional inteqrasiya, ticarət-iqtisadi əməkdaşlıq, innovasiya və iqtisadi transformasiya məsələlərinə həsr olunmuş üç panel təşkil edilib. Konfransın “Regional inteqrasiya və infrastruktur əsaslı inkişafın sürətləndirilməsində Orta Dəhlizin rolu” mövzusunda keçirilən…
