Dünya Bankı: 2026-cı ildə qlobal iqtisadi artım davam edir
Dünya Bankının “Qlobal iqtisadi perspektivlər” (Global Economic Prospects, January 2026) hesabatının yanvar buraxılışı dərc edilib. Hesabatı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli bildirib ki, qlobal iqtisadiyyat artan ticarət məhdudiyyətləri və tariflər fonunda gözləniləndən daha dayanıqlı inkişaf nümayiş etdirsə də, mövcud artım templəri uzunmüddətli və inklüziv…
