Yerli İqtisadi İnkişaf Mərkəzi İB

Yerli İqtisadi İnkişaf Mərkəzi (YİİM) 25 fevral 2003-cü il tarixində təsis edilmiş və 15 mart 2005-ci il tarixində rəsmi dövlət qeydiyyatına alınmış (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Şəhadətnamə №1105-Q3-1708) qeyri-hökumət, qeyri-kommersiya və qeyri-siyasi təşkilatdır.

YİİM-in əsas məqsədi ölkədə davamlı sosial-iqtisadi inkişafa yardımçı olmaq üçün elmi-tədqiqatlar, analitik təhlillər və monitorinqlər aparmaqla, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, o cümlədən yoxsulluğun azaldılması və əhalinin həyat səviyyəsinin yük­səl­dil­məsi yollarının müəyyən­ləşdirilmə­sin­dən, bu əsasda sosial-iqtisadi inkişaf layihələri, proqramları, əlaqədar dövlət orqanları üçün elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələrin hazır­lan­masından və onların həyata keçirilməsində fəal iştirak etməkdən, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, biznes strukturların, ictimai təşkilatların və yerli özünüidarəetmə orqanlarının (bələdiyyələrin) işinə elmi-metodiki yardım göstərilmə­sin­dən, yerlərdə sosial-iqtisadi biliklərin təbliğindən və bu sa­hədə müvafiq təlim (treyninq) kurs­larının təşkilindən ibarətdir.

Mərkəzin əsas vəzifə­ləri aşağıdakı kimi müəyyənləşdirilmişdir;

  • Azərbaycan Respublikasında sosial-iqtisadi idarəetmə sisteminin bazar münasibətləri əsasında yenidən qurulması problemləri üzrə fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılması;
  • Elmi-tədqiqatlar, analitik təhlillər və monitorinqlər aparmaqla, ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi, o cümlədən, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, investisiya və innovasiya fəallığının yüksəldilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, regionların potensial imkanlarından mümkün qədər tam və səmərəli istifadə olunması, yoxsulluğun azaldılması və əhalinin həyat səviyyəsinin yük­səl­dil­məsi yollarının müəyyən­ləşdirilmə­si;
  • Sosial-iqtisadi inkişaf sahəsində ölkədə mövcud olan aktual problemlərin həllinə yönələn layihə, proqram, təklif və tövsiyələrin hazırlanmasında, ekspertizasında və həyata keçirilməsində fəal iştirak etmək;
  • Ayrı-ayrı regionlarda müxtəlif fəaliyyət sahələri üzrə nümunəvi və təcrübi sahibkarlıq və biznesə yardım qurumları yaradılması layihələrinin işlənilməsi;
  • Mütərəqqi beynəlxalq təcrübələrin və müasir menecmentin nailiyyətlərinin öyrənilməsi və yerli şəraitin xüsusiyyətləri nəzərə alınmaqla, ölkədə tətbiqi istiqamətində elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr hazırlanması, onların təbliği və öyrədilməsi yolu ilə ölkə ərazisində sahibkarlıq və təsərrüfatçılıq mədəniyyətinin müasir dövrün tələbləri səviyyəsinə yüksəldilməsinə çalışmaq və s.
Missiya. YİİM öz missiyasını “Hər kəsə hər yerdə inkişaf üçün bərabər imkanlar yaradılmasına nail olmaq” şüarı ilə ifadə edir. Bu onunla müəyyənləşmişdir ki, YİİM Azərbaycanın ən böyük sərvətinin insan resursları olduğunu qəbul edir və bu səbəbdən də ölkənin davamlı inkişafının təmin edilməsinin başlıca şərtinin məhz insan kapitalının inkişaf etdirilməsi üçün hər yerdə bərabər imkanların  yaradılması ilə bağlı olduğu qənaətindədir.

Ünvan:

Mətbuat prospekti 35/17, AZ 1100, Bakı şəhəri

Tel.: 

(+994 55) 356- 40- 96

E-mail:  

rustamov.vagif@gmail.com