Missiya

Beyin mərkəzləri platforması Azərbaycanda daxili, iqtisadi və digər əhəmiyyətli istiqamətlər üzrə ixtisaslaşan beyin mərkəzlərinin şəbəkəsidir. Beyin mərkəzləri platforması 2024-cü ildən fəaliyyətə başlamışdır. Platformanın yaradılmasının əsas məqsədləri aşağıdakılardır:
✓ Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzləri arasında əlaqə və kommunikasiyanın, uzlaşdırmanın, fikir mübadiləsinin yaxşılaşdırılmasıdır;
✓ Platforma vasitəsi ilə Azərbaycanda aparıcı beyin mərkəzləri Azərbaycan milli maraqlar qarşısında duran vacib çağırışları müzakirə edə, onlara mümkün cavab tədbirləri barədə elmi əsaslandırılmış təklif və tövsiyələr formalaşdıra bilər;
✓ Platforma vasitəsi ilə beyin mərkəzlərinin qərar qəbul edənlər arasında kommunikasiyanın yaradılması;
✓ Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzləri və onların əsas fəaliyyət istiqamətləri barədə cəmiyyətdə məlumatlandırmanın yaxşılaşdırılması;
✓ Beyin mərkəzlərinin fəaliyyətinin media və sosial mediada daha çox tanıdılması
✓ Qərar qəbul edənlər – beyin mərkəzləri – elm dairələri arasında kommunikasiya və əməkdaşlığın yaxşılaşırılması və uzlaşdırılması