Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi – QAFSAM, 13 dekabr 2006-ci il tarixdə Araz Aslanlı, Nazim Cəfərov və Rizvan Qənbərov tərəfindən təsis edilmişdir.

QAFSAM xüsusilə Cənubi Qafqaz və ona qonşu olan 3 dövlət (Rusiya, Türkiyə və İran) üzrə kifayət qədər güclü ekspert bazasına malikdir. Bununla yanaşı keçmiş Sovet regionu başda olmaqla dünyanın digər regionlarını da araşdırır və mütəmadi olaraq hesabatlar hazırlayırlar.

Məqsədləri:

  • Azərbaycanda xarici siyasətin və təhlükəsizlik siyasətinin daha yüksək səviyyədə araşdırılması;
  • Demokratiyanın və insan hüquqları sahəsinin inkişafına, eləcə də medianın inkişafına töhfə verilməsi;
  • Bölgəmizdə və dünyada gedən siyasi, iqtisadi, hərbi və s. proseslərin daha yaxından öyrənilməsi və təhlili;
  • Müxtəlif sahələr üzrə proqnozların verilməsi.
qafsam.org