“ŞƏHƏRSALMA VƏ MEMARLIQ İLİ” AZƏRBAYCANIN İNKİŞAF YOLUNDA YENİ BİR MƏRHƏLƏ AÇIR
Məlum həqiqətdir ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumları müasir dövrdə şəhərlərin davamlı inkişafı, ekoloji tarazlıq və inklüziv idarəetmə kimi mühüm məsələlərin qlobal səviyyədə müzakirə edildiyi ən nüfuzlu beynəlxalq platformalardan biridir. BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) tərəfindən iki ildən bir təşkil olunan bu forumlar, şəhərlərin üzləşdiyi problemlərə kompleks yanaşma formalaşdırmaq və dövlətlər arasında təcrübə mübadiləsini gücləndirmək baxımından…
