AZƏRBAYCAN QLOBAL MİQYASDA İRİ SƏRMAYƏDARA ÇEVRİLİR

Azərbaycanın qlobal investora çevrilməsi son illərdə ölkəmizdə formalaşan makroiqtisadi sabitliyin, çevik xarici siyasətin və uzunmüddətli strateji hədəflərin nəticəsidir. Ölkə iqtisadiyyatı artıq daxildəki əsaslı kapital qoyuluşlarını qarşılamaq, ixrac gəlirləri hesabına balans yaratmaq səviyyəsindən çıxaraq, beynəlxalq maliyyə bazarlarında fəal iştirak edən etibarlı tərəfdaş mövqeyinə yüksəlib. Makroiqsadi dayanıqlıq, aşağı borclanma səviyyəsi, iri valyuta ehtiyatları və institusional islahatlar nəticəsində…

ətraflı

AZƏRBAYCAN-İTALİYA STRATEJİ ƏMƏKDAŞLIĞI BÜTÜN SAHƏLƏRİ ƏHATƏ EDİR

Azərbaycanın Avropada mühüm rolu, mövqeyi ilə seçilən İtaliya ilə münasibətlərində müşahidə edilən hazırkı dinamik inkişaf son onillikləri əhatə edən ardıcıl siyasi dialoq, institusional əməkdaşlıq və konkret iqtisadi nəticələr fonunda mümkün olub. Azərbaycan-İtaliya Birgə Hökumətlərarası Komissiyasının bu günlərdə Bakıda keçirilmiş VI iclası ikitərəfli əlaqələrin inkişafı üçün ciddi siyasi iradənin və potensialın mövcudluğunu bir daha təsdiq edib….

ətraflı

İRAN ERMƏNİSTANI XƏYANƏTDƏ İTTİHAM EDİR, İRƏVANI TEHRANA ARXADAN ZƏRBƏ VURMAQDA GÜNAHLANDIRIR

İranda başlanan, hələ də davam edən etiraz aksiyaları kontekstində cənub qonşumuz baş verənlərin bir kökünün də xarici mənbələrə gedib çıxdığını iddia edir. Bu kontekstdə həmişəki kimi İran və İsrail əsas tənqid hədəfləridir. Amma son vaxtlar onların sırasına digər bir sıra ölkələr, məsələn, Ermənistan da daxil edilib. İran rəsmi səviyyədə Ermənistanı onun əleyhinə iş aparmaqda ittiham…

ətraflı

AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAFINDA SƏNAYE PARKLARININ XÜSUSİ ÇƏKİSİ ARTIR – TƏHLİL

Qloballaşmanın sürətləndiyi, texnoloji yeniliklərin iqtisadi münasibətləri köklü şəkildə dəyişdirdiyi müasir dövrdə sənaye parkları ölkələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayan əsas mexanizmlərdən birinə çevrilib. Bəllidir ki, sənaye parkları istehsal müəssisələrinin bir ərazidə cəmləşdirilməsi, müasir infrastrukturla təmin olunması və biznes mühitinin əlverişli hala gətirilməsi məqsədi daşıyan xüsusi iqtisadi zonalardır. Bu parklar iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli məhsul istehsalı və…

ətraflı

YERASX-SƏDƏRƏK XƏTTİ: CƏNUBİ QAFQAZIN YENİ SÜLH ARXİTEKTURASINA DOĞRU – ŞƏRH

Ermənistan və Azərbaycan nümayəndələrinin Yerasx-Sədərək dəmir yolu xətti üzrə birgə texniki baxış keçirməsi təkcə mühəndis-texniki xarakterli hadisə deyil, eyni zamanda, regionda formalaşmaqda olan yeni siyasi-iqtisadi reallıqların açıq göstəricisidir. Uzun illər qarşıdurma, etimadsızlıq və kommunikasiyaların bloklanması fonunda bu cür birgə addımlar Cənubi Qafqazın yeni mərhələyə daxil olduğunu göstərir. Xüsusilə də, bu proseslər münaqişədən sonra tərəflər arasında…

ətraflı

VAŞİNQTON İRAN MƏSƏLƏSİNDƏ KOMPROMİS AXTARMIR

ABŞ Prezidenti Donald Trampın İranda davam edən etirazlar fonunda rəsmi Tehranla bütün diplomatik əlaqələri dayandırdığını bəyan etməsi Vaşinqton-Tehran münasibətlərində yeni və daha sərt mərhələnin başlandığını göstərir. Trampın açıqlamasında əsas mesaj budur ki, İran hakimiyyəti etirazçılara qarşı zorakılığı dayandırmayana qədər ABŞ Tehranla heç bir dialoqa getməyəcək. Bu, klassik diplomatik təzyiqdən fərqli olaraq, açıq ultimatum xarakteri daşıyır….

ətraflı

ARKTİKA UĞRUNDA RƏQABƏT: AMERİKA QRENLANDİYANIN İLHAQINA HAZIRLAŞIR

ABŞ Konqresinin Nümayəndələr Palatasında Florida ştatından olan respublikaçı konqresmen Rendi Fayn tərəfindən Qrenlandiyanın ABŞ-a ilhaqını nəzərdə tutan qanun layihəsinin təqdim edilməsi Vaşinqtonun Arktika siyasətini yenidən qlobal gündəmin mərkəzinə çıxarıb. Layihəyə əsasən, ABŞ prezidentinə Danimarka Krallığı ilə danışıqlar aparmaq, Qrenlandiyanı ilhaq etmək və ya digər yollarla ABŞ ərazisinə birləşdirmək üçün “zəruri tədbirlər görmək” səlahiyyəti verilir. Sənəddə…

ətraflı

SU TƏHLÜKƏSİZLİYİNİN TƏMİNATI DAYANIQLI MİLLİ İNKİŞAF ÜÇÜN MÜHÜM MƏSƏLƏYƏ ÇEVRİLİB

Demoqrafik artım, sənaye və kənd təsərrüfatı sahələrinin dinamik inkişafı şəraitində su mənbələrinin zənginliyi, əlçatan olması, bu sahədə artan tələbatın  ödənməsi müasir dövrdə hər bir ölkənin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilib. Qlobal istiləşmə, kəskin iqlim dəyişiklikləri fonunda yağıntıların və su ehtiyatlarının azalması bir çox ölkələr üçün ciddi problemlər yaradaraq, Azərbaycana da təsirsiz ötüşməyib. Məhz bu…

ətraflı

ABŞ–ÇİN TARİF MÜNAQİŞƏSİ VƏ QLOBAL TİCARƏT AXINLARININ DƏYİŞMƏSİ – ŞƏRH

ABŞ-nin Çinə qarşı tətbiq etdiyi tariflər qlobal ticarətdə zəncirvari reaksiyaya səbəb olub. ABŞ bazarından sıxışdırılan Çin malları dempinq qiymətləri ilə Avropaya, Cənub-Şərqi Asiyaya və Latın Amerikasına yönəlib. Bu proses göstərir ki, tariflər istehsalı azaltmaq əvəzinə, sadəcə ticarət axınlarının istiqamətini dəyişir. Nəticədə bu regionların yerli bazarları böyük həcmdə və ucuz mallarla üz-üzə qalır, daxili istehsalçılar isə…

ətraflı

AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDA TİCARƏT ƏLAQƏLƏRİ BEYNƏLXALQ MİQYASDA TƏQDİR EDİLİR – TƏHLİL

Yanvarın 11-də Azərbaycandan Ermənistana üçüncü partiya neft məhsullarının göndərilməsi Cənubi Qafqazda postmünaqişə dövrünün iqtisadi əməkdaşlıq və inteqrasiya ilə əvəzləndiyini təsdiqləyən növbəti diqqətçəkən hadisələrdən biri kimi dəyərləndirilir. Uzun illər davam edən qarşıdurma və dərin etimadsızlıq fonunda bu cür praqmatik addımlar sülh prosesinin praktik müstəvidə irəlilədiyini göstərən mühüm göstəricidir. Məhz bu səbəbdən də bu proses beynəlxalq arenada…

ətraflı