AVROPA İTTİFAQI TÜRKİYƏNİN QLOBAL LİDERLİYİ İLƏ HESABLAŞMAĞA BAŞLAYIB
Avropa İttifaqının altı ildən sonra Türkiyə ilə iqtisadi görüşlərə başlaması barədə xəbərlərin yayılması həm təəccüb, həm də ikrah doğurur. Lakin uzun illərdir Avropa İttifaqına üzv olmaqla bağlı proses yürütsə də müxtəlif bəhanələrlə kənarda qoyulan Türkiyənin bu günlərdə yenidən Avropa İttifaqının diqqət mərkəzinə düşməsi təsadüfi deyil. İlk növbədə bu, Türkiyənin regional və qlobal miqyasda öz mövqelərini…
