İLKİN HESABAT RUSİYANIN CİNAYƏTİNİ SÜBUTA YETİRDİ

2024-cü ilin dekabrında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus “Embraer-190” təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasıAzərbaycan və dünya ictimaiyyətində dərin narahatlıq doğurmuşdu. Hadisənin baş verdiyi ilk günlərdən qəzanın mümkün səbəbləri ətrafında müxtəlif versiyalar irəli sürüldü. Rusiya tərəfindən idarə edilən internet resurslarında və sosial şəbəkə hesablarında müxtəlif gülünc versiyaların ortalığa atılması Azərbaycan xalqında və…

ətraflı

ERMƏNİSTANIN REGİONAL LAYİHƏLƏRDƏ İŞTİRAK ŞANSI ÖHDƏLİKLƏRİNƏ ƏMƏL ETMƏSİNDƏN ASILIDIR

İşğalçı ideologiyası iflasa uğrayan Ermənistanın hazırda yeganə ümidi və gözləntisi regional təcrid vəziyyətindən xilas olmaq, Azərbaycan və Türkiyə ilə münasibətləri nizamlamaq, özünütəcrid vəziyyətindən çıxmaq, tranzit ölkə imkanları qazanmaqdır. Ölkəmizin təşəbbüsü, Türkiyə və Gürcüstanın iştirakı ilə son 30 ildə reallaşdırılan neft-qaz, nəqliyyat layihələrində iştirakdan məhrum olan Ermənistan yeni geosiyasi reallıqda sülhün alternativinin olmadığını anlayır və regional…

ətraflı

USAID-İN LƏĞVİ PROSESİNİN BAŞLANMASI ERMƏNİSTANI YASA BOĞUB

64 il əvvəl yaradılan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bu dövr ərzində olduqca təhlükəli bir fəaliyyətlə məşğul olması ilə bağlı üzə çıxan çoxsaylı faktlar dünya boyu xüsusi maraqla izlənməkdədir. Çünki bu vaxta qədər USAID-in destruktiv fəaliyyəti bağlı dünyada deyilənlərə ABŞ-da məhəl qoyulmurdu. Amma artıq vəziyyət radikal şəkildə dəyişib. Baş verənləri diqqətlə analiz edən yeni ABŞ…

ətraflı

AZƏRBAYCAN-İRAN ƏLAQƏLƏRİNİN İNKİŞAFI ERMƏNİSTANDA BÖYÜK QORXUYA YOL AÇIB

Azərbaycan və İran arasında qarışılıqlı münasibətlərin inkişafı hər iki ölkənin maraqlarına cavab verməklə yanaşı, eyni zamanda mühüm geosiyasi təsirə malikdir. Hər halda ölkələrimizin əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi, qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər Ermənistanda da ciddi narahatlıq yaradan məqamlardan biridir. Düzdür, zaman-zaman İran daxilində müəyyən qüvvələr bu ölkə ilə Azərbaycan arasında münasibətlərə xələl…

ətraflı

ÖLKƏDƏ İCTİMAİ-SİYASİ SABİTLİYƏ YÖNƏLƏN İSTƏNİLƏN TƏHDİD UĞURSUZLUĞA MƏHKUMDUR

Azərbaycanın müstəqil siyasət yürütməsi, maraqlarını əzmlə müdafiə etməsi, iqtisadi cəhətdən güclənməsi, daxildəki ictimai-siyasi sabitlik, dini-etnik zəmində hansısa problemin olmaması anti-Azərbaycan şəbəkəni və bəzi xarici qüvvələri ciddi narahat edir. Ərazi bütövlüyü və suverenliyini təmin edən ölkəmiz milli təhlükəsizliyinə yönəlmiş istənilən geosiyasi təhdidi zamanında aşkarlayır, qətiyyətli və sərt tədbirlərlə aradan qaldırır. Azərbaycan dünyada dini-milli tolerantlığın, vicdan azadlığının yüksək səviyyədə təmin olunduğu,…

ətraflı

ZƏNGƏZUR DƏHLİZİNİN AÇILIŞININ LƏNGİMƏSİ ERMƏNİSTAN ÜÇÜN DAHA BÖYÜK PROBLEMLƏR YARATMAĞA BAŞLAYIR

Azərbaycan ərazisində yaradılan nəqliyyat infrastrukturu, ölkənin iştirakçısı olduğu müvafiq transmilli layihələr bu gün respublikanın Avrasiyada mühüm tranzit qovşağına çevrilməsi ilə nəticələnib. Ölkəmizin əsas üstünlüklərindən  biri də ondan ibarətdir ki, müxtəlif nəqliyyat sistemləri arasında effektiv əlaqə yaradılıb, insanların və daşınan malların rahat, səmərəli hərəkəti təmin olunub.  Azərbaycanın bu müstəvidə xidmətlərindən istifadə edənlərin xüsusi məmnunluq duyduğu məqamlardan…

ətraflı

ERMƏNİSTAN HAKİMİYYƏTİ CƏMİYYƏTİ SÜLH PROSESİNƏ HAZIRLAMAĞA ÇALIŞIR

Dövlət suverenliyinin bərpasından sonra Azərbaycanın həyata keçirdiyi siyasət, ilk növbədə, regiondakı yeni siyasi reallıqların dünya birliyinə və Ermənistana qəbul etdirilməsinə, yekun sülh sazişi ilə əlaqədar danışıqların milli maraqlarımız çərçivəsində davam etdirilməsinə yönəlib. Bu çevik və səmərəli diplomatiya Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının ərazilərimizdən vaxtından əvvəl çıxmasına, Ermənistanın sülh prosesində daha konstruktiv mövqe nümayiş etdirməsinə imkan…

ətraflı

ERMƏNİSTAN SÜLH GÜNDƏLİYİNİ AVROPA İTTİFAQININ ƏLİ İLƏ SABOTAJ EDİR

Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasının fəaliyyətini daha iki il uzatması Cənubi Qafqazda sülh prosesinə və regional sabitliyə vurulan ciddi zərbədir. Bu qərar Ermənistanın sülh gündəliyini sabotaj etməsinin Avropa tərəfindən təşviq edildiyini, Azərbaycanın haqlı narahatlıqlarına məhəl qoyulmadığını və bölgədəki geosiyasi balansın açıq şəkildə pozulduğunu göstərir. Bununla yanaşı, Avropa İttifaqının bu addımı Azərbaycanla Avropa arasında əməkdaşlıq…

ətraflı

MOSKVA DİLEMMA QARŞISINDADIR: ƏSƏD, YOXSA HƏRBİ BAZALAR?..

2015-ci ildən etibarən Moskvanın hərbi müdaxiləsi Bəşər Əsəd rejiminin süqut etməsinin qarşısını aldı və Suriya münaqişəsinin gedişatını dəyişdirdi. Lakin indi yeni hökumət Moskvanın əsas müttəfiqi olan Əsədin Suriya hakimiyyətinə verməsini tələb edir. Bu vəziyyət Rusiyanı ciddi dilemma qarşısında qoyur: Suriyadakı hərbi bazalarını saxlamaq müqabilində Əsədi qurban vermək, yoxsa, onu qoruyaraq öz mövqelərini riskə atmaq? Bu…

ətraflı

AZƏRBAYCAN ŞƏRQ VƏ QƏRB ARASINDA MÜHÜM TRANZİT ÖLKƏYƏ ÇEVRİLİB

Cənubi Qafqaz bölgəsinin tranzit potensialının yüksəldilməsinə xidmət edən səmərəli təşəbbüslərlə çıxış edən Azərbaycan böyük iqtisadi dividentlər vəd edən layihələri də uğurla reallaşdırır. Məqsəd hazırkı qlobal cağırışlar fonunda nəqliyyat-kommunikasiya qovşaqlarını əlaqələndirmək, yükdaşımaların məsafə və zaman baxımından rentabelliyinə nail olmaq, eyni zamanda geosiyasi səbəblərlə bağlı yaranmış təhdidlərdən sığortalanmaqdır. Üç ildən çoxdur ki, davam edən Ukrayna-Rusiya müharibəsi fonunda…

ətraflı