SURİYAYA QARŞI SANKSİYALARIN LƏĞVİ HƏM DƏ GEOSİYASİ MESAJDIR

Yaxın Şərqdə baş verən geosiyasi proseslər, beynəlxalq güc balansında baş verən dəyişikliklər və regional oyunçuların yeni mövqe axtarışları Suriya məsələsinin birdəfəlik həlli məsələsini gündəmə gətirib. Bu kontekstdə ABŞ tərəfindən Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi artıq təkcə iqtisadi deyil, həm də siyasi-strateji əhəmiyyət daşıyan addım kimi qəbul edilirdi. Vaşinqtonun uzun illərdir Suriyaya tətbiq etdiyi sanksiyaların…

ətraflı

AZƏRBAYCANIN ORTA DƏHLİZİN İNKİŞAFINDA STRATEJİ ROLU YÜKSƏK DƏYƏRLƏNDİRİLİR

Təkcə Cənubi Qafqazda deyil, ümumən Avrasiya qitəsində strateji əhəmiyyəti ilə seçilən bir sıra layihələri uğurla reallaşdıran Azərbaycanın qlobal nəqliyyat dəhlizlərinin inkişafı sahəsindəki  təşəbbüslər və praktiki addımları beynəlxalq maliyyə təşkilatları tərəfindən ciddi dəstək alır. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) may ayı üçün açıqladığı “Regional iqtisadi perspektivlər” hesabatında Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundakı (Orta Dəhliz və…

ətraflı

TÜRKİYƏ NƏ TERRORA, NƏ DƏ SİYASİ ŞANTAJA BOYUN ƏYMƏDİ

Regionu və xüsusilə Türkiyəni illərlə qan və göz yaşına qərq etmiş bir epoxa sona çatdı: PKK (Kürdüstan Fəhlə Partiyası) özünü buraxdığını rəsmən açıqladı. Bu hadisə təkcə terrorla mübarizə tarixində deyil, bütövlükdə Yaxın Şərqin geosiyasi taleyində dönüş nöqtəsi hesab olunur. 1978-ci ildən bəri fəaliyyətdə olan və 1984-cü ildən etibarən silahlı fəaliyyətə keçən PKK minlərlə insanın həyatına…

ətraflı

ERMƏNİSTANIN MİLİTARİZM SİYASƏTİ SÜLH PROSESİNİ YENƏ ZƏRBƏ ALTINDA QOYUR

Azərbaycan Ermənistanla sülh şəraitində yaşamaqda, münasibətlərin normallaşmasında maraqlı olsa da, qarşı tərəf bu istiqamətdə hələ də adekvat mövqe sərgiləmir. Sözdə barış və əməkdaşlıqdan gen-bol danışan Ermənistan əməldə tamam fərqli mövqe sərgiləyir. Elə bu səbəbdəndir ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından beş ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması…

ətraflı

İNFRASTRUKTUR LAYİHƏLƏRİ QARABAĞ VƏ ZƏNGƏZURU CƏLBEDİCİ TURİZM ZONASINA ÇEVİRİR

Təhlükəsizlik adası kimi tanınan Azərbaycanda hökm-sürən ictimai-siyasi, makroiqtisadi sabitlik, tolerant və multikultural mühit, mədəni tərəqqi, habelə bir sıra ölkələrlə viza rejiminin sadələşdirilməsi tədbirləri ölkəmizin turizm cəlbediciliyinə müsbət təsir göstərir. Dövlət suverenliyimizin bərpasından sonra azad edilmiş ərazilərin iqtisadiyyatın xüsusi əlavə dəyər yaradan sektorlarına cəlb edilməsinə geniş imkanlar açılıb. Ölkəmizin füsunkar guşələrindən olan Qarabağ və Şərqi Zəngəzur…

ətraflı

SÜLH, AMMA NECƏ?

Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski dörd il davam edən qanlı toqquşmadan sonra ilk dəfə bir masa ətrafında oturacaq. Bu danışıqlar təkcə iki ölkə arasında deyil, həm də qlobal güc balansında yeni mərhələnin başlanğıcı ola bilər. Görüş Türkiyənin diplomatik fəallığı ilə gerçəkləşir və ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü sülh təşəbbüsü fonunda baş tutur….

ətraflı

Azərbaycanda nağd ödəniş azalır, kartlar çoxalır

Media Təhlil Mərkəzinin (MTM) Mərkəzi Bankın rəsmi məlumatları əsasında apardığı təhlilə əsasən, son 4 ildə Azərbaycanda bank kartlarının sayı 2021-ci ilin I rübünün sonu (10 126 070 kart) ilə müqayisədə 2 dəfədən çox, daha dəqiq desək, 10 333 840 ədəd artıb. Bu da o deməkdir ki, ölkədə adambaşına düşən aktiv bank kartlarının sayı təxminən 2-yə…

ətraflı

AZƏRBAYCAN HƏM CƏNUBİ QAFQAZDA, HƏM DƏ ONUN SƏRHƏDLƏRİNDƏN KƏNARDA DAHA GÜCLÜ MÖVQE SAHİBİNƏ ÇEVRİLİR

Geosiyasi, geoiqtisadi əhəmiyyəti təkcə Avrasiya yox, eyni zamanda bütün dünya üçün artan Cənubi Qafqazda Azərbaycanın dominant güc olması artıq beynəlxalq miqyasda qəbul olunur. Ölkəmiz strateji mövqeyi, davamlı böyüyən iqtisadiyyatı, hərbi gücü və dinamik xarici siyasəti ilə regionun lider ölkəsi statusunu daha da möhkəmləndirir. Bu hal İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar kontekstində…

ətraflı

FRANSA HAKİMİYYƏTİ AZƏRBAYCANLI QƏHRAMANLARIN XATİRƏSİNİ UNUTDURMAĞA ÇALIŞIR

Parisdə İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin ildönümünə həsr olunmuş rəsmi yubiley tədbirinə Azərbaycanın bu ölkədəki səfiri Leyla Abdullayevanın dəvət edilməməsi protokol pozuntusu deyil, bu, Azərbaycanın və bütövlükdə tarixi ədalətin ünvanına yönəlmiş açıq hörmətsizlikdir. Təəssüf ki, son illərdə Parisin rəsmi mövqeyində müşahidə olunan anti-Azərbaycan meyilləri artıq sadəcə siyasi ritorikadan konkret davranışa keçib. Bu davranışlar nəinki…

ətraflı

FRİDRİX MERTZİN KANSLERLİYİ ALMANİYAYA VƏ AVROPA İTTİFAQINA NƏ VƏD EDİR?

Almaniyada baş verən siyasi dəyişikliklər təkcə ölkənin daxili həyatına deyil, bütövlükdə Avropa qitəsinə təsir edə biləcək əhəmiyyətli bir mərhələnin başlanğıcıdır. Xristian-Demokrat İttifaqının (CDU) lideri Fridrix Mertzin kansler seçilməsi post-Merkel dövrünün zəif koordinasiyalı siyasətindən sonra Almaniyanın Avropa İttifaqında liderlik iddiasını bərpa etməyə yönəlmiş strategiyanın işarəsi kimi qiymətləndirilir. Qeyd edək ki, Fridrix Mertz Almaniyanın klassik sağ-mərkəzçi, iqtisadiyyata…

ətraflı