“TRAMP SÜLH YOLU” – CƏNUBİ QAFQAZDA SABİTLİYƏ VƏ REGİONAL ƏMƏKDAŞLIĞA TƏMİNAT

Cənubi Qafqazda son illərdə formalaşan yeni geosiyasi reallıq qlobal güclərin, bölgə dövlətlərinin və transmilli şirkətlərin diqqət mərkəzindədir. Bu region hazırda sadəcə enerji resurslarının ötürüldüyü tranzit zonası deyil, həm də yeni iqtisadi-siyasi əməkdaşlıq platformalarının formalaşdığı strateji mərkəzə çevrilir. Azərbaycanın təşəbbüskarı olduğu Zəngəzur dəhlizi – “Tramp sülh yolu” (TRIPP) layihəsi bu baxımdan əlahiddə əhəmiyyətə malikdir. Prezident İlham…

ətraflı

AZƏRBAYCAN VƏ ERMƏNİSTAN ARASINDA SÜLHÜ ƏNGƏLLƏYƏN SONUNCU MANEƏNİN DƏ ARADAN QALDIRILMASI PROSESİ SÜRƏTLƏNİR

Bakı və İrəvan arasında paraflanmış sülh müqaviləsinin imzalanması yolunda sonuncu maneə hesab olunan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması prosesi məlum Vaşinqton görüşündən sonra daha dinamik xarakter almağa başlayıb. Artıq bu fonda bəlli olub ki, Ermənistan Konstitusiyasının İslahatlar Şurası ölkənin baş qanununun yeni redaksiyasının hazırlanmasına həsr olunmuş bir sıra iclaslar keçirəcək. Qeyd etmək lazımdır ki, bu…

ətraflı

ERMƏNİSTAN MÜXALİFƏTİ İNDİ DƏ XARİCİ QÜVVƏLƏRİN KÖMƏYİ İLƏ SÜLH PROSESİNƏ ƏNGƏL OLMAĞA ÇALIŞIR

Azərbaycan və Ermənistanın sülh yolunda atdığı addımlar, bu istiqamətdə görülən işlərin tədricən öz məntiqi yekunlarına yaxınlaşması müəyyən qüvvələrin ciddi narazılığına və narahatlığına səbəb olub. Bu müstəvidə Ermənistanın radikal müxalifətinin olduqca aqressiv mövqe sərgiləməsi, hər vəchlə sülh prosesini pozmağa can atması da özünü qabarıq şəkildə büruzə verir. Amma məsələ burasındadır ki, sözügedən qüvvələrin erməni cəmiyyətində hansısa…

ətraflı

ERMƏNİ DİASPORUNUN MƏKRLİ TƏBLİĞATI İFLASA UĞRAYIR

Erməni lobbisi və diasporunun uzun illər ərzində beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə həyata keçirdiyi məkrli və manipulyativ informasiya təbliğatı artıq iflasa uğrayıb. Tarixi saxtalaşdırmalara, emosional ritorikaya və birtərəfli yanaşmalara əsaslanan bu “kampaniyalar” artıq beynəlxalq arenada ciddi qəbul edilmir. Mövcud geosiyasi reallıqlara, beynəlxalq hüquqa əsaslanan Azərbaycanın haqlı mövqeyi hazırda daha çox beynəlxalq təşkilat və dövlət tərəfindən dəstəklənir….

ətraflı

AZƏRBAYCAN ÜÇÜN YENİ GEOSİYASİ VƏ GEOİQTİSADİ İMKANLAR YARANIR

Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət başçısı Donald Tramp tərəfindən imzalanan bəyannamə digər məsələlərlə yanaşı,  ölkəmizin əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin yaradılması prosesini də tezləşdirəcək. İndi dünya miqyasında da etiraf olunur ki, razılaşmanın ən mühüm bəndlərindən biri Ermənistan ərazisindən keçəcək “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlı strateji dəhlizin yaradılmasıdır. Bu…

ətraflı

NATO AZƏRBAYCANIN BÖLGƏDƏ SÜLHYARATMA SƏYLƏRİNİ YÜKSƏK DƏYƏRLƏNDİRİR

Azərbaycan, Ermənistan və ABŞ liderlərinin 8 avqust tarixli Vaşinqton Bəyannaməsi Cənubi Qafqazın taleyində dönüş nöqtəsi olmaqla yanaşı, Azərbaycanla Şimali Atlantika Alyansı – NATO arasında hərbi-texniki əməkdaşlığın yeni mərhələyə keçidinə əlverişli zəmin yaradıb. Donald Tramp Administrasiyasının siyasi dəstəyi ilə imzalanan bu sənəd regionun ümumən qlobal təhlükəsizlik sisteminə inteqrasiyasını sürətləndirir. NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik…

ətraflı

REGİONDA SABİTLİYİ VƏ ETİMADI TƏMİN EDƏCƏK FUNDAMENTAL SÜLH SƏNƏDİ

“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsinin bu günlərdə açıqlanan mətni Cənubi Qafqazın gələcək siyasi arxitekturasını müəyyən edən tarixi sənəd kimi qiymətləndirilə bilər. Sənəd üzrə razılaşdırılan 17 müddəa sülh prosesinin hansı hüquqi mühüm prinsip və öhdəliklər üzərində qurulduğunu, eyni zamanda, tərəflərin vəzifə və öhdəliklərini dəqiq müəyyən etməklə,…

ətraflı

VAŞİNQTON RAZILAŞMASI: RADİKALİZMƏ ÖLDÜRÜCÜ ZƏRBƏ, DAYANIQLI SÜLH VƏ ƏMƏKDAŞLIĞIN TƏMİNATI

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamə beynəlxalq ictimaiyyət tərəfindən Cənubi Qafqazda münaqişə səhifəsinin qapadılması, dayanıqlı sülhün reallığa çevrilməsi istiqamətində atılmış qətiyyətli addım kimi qiymətləndirilir. Bu sənəd təkcə iki ölkə arasında uzun illər davam edən gərginliyə son qoyulması deyil, həm də Ermənistanda ictimai düşüncəni zəhərləyən köhnə ideoloji qəliblərin, revanşist mövqelərin tam iflası deməkdir….

ətraflı

AZƏRBAYCAN CƏNUBİ QAFQAZDA SÜLH VƏ ƏMƏKDAŞLIQ ARXİTEKTURASINI YENİDƏN QURUR

İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqların dünya ictimaiyyəti tərəfindən qəbul edildiyini  Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda baş tutan görüşü bir daha təsdiqlədi. Dünyanın ən müxtəlif ölkələri, aparıcı media vasitələri Vaşinqtonda əldə edilən razılıqları alqışlayaraq, bunun Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni mərhələnin əsasını qoyduğunu bəyan edirlər. Bu konrekstdə…

ətraflı

AZƏRBAYCANIN SÜLH GÜNDƏLİYİ CƏNUBİ QAFQAZIN TALEYİNDƏ YENİ SƏHİFƏ AÇIR

Avqustun 8-i yəni bu gün tarixi dünya diplomatiyası tarixində mühüm səhifə kimi yadda qalacaq: məhz bu gün ABŞ-nin siyasi-mənəvi dəstəyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh istiqamətində mühüm razılaşmanın imzalanması gözlənilir. Bu tarixi hadisə yalnız iki ölkə arasındakı onilliklər boyu davam edən münaqişəyə son qoymaqla yanaşı, həm də Cənubi Qafqaz regionunun geosiyasi mənzərəsini əsaslı…

ətraflı