TRIPP CƏNUBİ QAFQAZIN GƏLƏCƏYİNİ MÜƏYYƏN EDƏN STRATEJİ KONSEPSİYADIR
Gələn həftə ABŞ-ın müxtəlif dairələrindən olan nümayəndə heyətinin Ermənistana səfəri gözlənilir. Bu səfərin əsas gündəliyini “Tramp Sülh və Rifah Marşrutu” (TRIPP), yəni Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi təşkil edir. Artıq bir müddətdir gündəmdə olan TRIPP, Cənubi Qafqazda sülh və iqtisadi inteqrasiyanı təmin etməklə yanaşı, regionun geosiyasi nizamını da köklü şəkildə dəyişdirə biləcək layihə kimi qiymətləndirilir….
