FRANSA-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏKİ GƏRGİNLİYİ PRAQMATİK ƏMƏKDAŞLIQ MƏRHƏLƏSİ ƏVƏZLƏYİR

Fransa və Azərbaycan prezidentləri arasında Avropa Siyasi Birliyinin zirvə torplantısı çərçivəsində oktyabrın 2-də keçirilən görüş, aparılan müzakirələr İkinci Qarabağ müharibəsindən sonra ölkələrimiz arasında özünü qabarıq göstərən ziddiyyət və gərginliyə son qoyaraq, qarşılıqlı etimadın bərpası istiqamətində həlledici addımlar olub. İkinci Qarabağ müharivəsindən sonrakı beş ildə Fransa regionda yaranmış yeni geosiyasi reallıqları həzm edə bilməsə də, son…

ətraflı

AZƏRBAYCAN BEYNƏLXALQ SÜLH VƏ TƏHLÜKƏSİZLİYƏ TÖHFƏ VERİR

Yaxın Şərqdə sülh və təhlükəsizliyin təmin olunması istiqamətində yeni təşəbbüs gündəmə gəlib. Bir neçə ölkə Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitlik qüvvələrinə nümayəndələr göndərmək niyyətindədir. Hazırda bu qüvvələrin tərkibi və mandatı ilə bağlı danışıqlar davam etsə də, heç bir ölkə üzərinə konkret öhdəlik götürməyib. Bununla belə, diplomatik mənbələr Azərbaycanın, İndoneziyanın və Pakistanın məsələyə xüsusi maraq göstərdiyini…

ətraflı

HEYDƏR ƏLİYEV FONDU SİVİLİZASİYALAR VƏ MƏDƏNİYYƏRLƏRARASI DİALOQA YENİ BÖYÜK TÖHFƏLƏR VERİR

Müasir beynəlxalq münasibətlər sistemində hadisələri inkişaf axarının getdikcə mürəkkəbləşməkdə, ziddiyyət və qarşıdurmaların miqyası daha da genişləşməkdədir. Bu kontekstdə humanitar fəaliyyət və aksiyalara bəşəriyyətin ehtiyacı əvvəlkilərdən daha çoxdur.   Nəzərə alınmalıdır ki, humanitar fəaliyyət və diplomatiya yalnız yardımlarla məhdudlaşmır, o, həm də mədəniyyətlərarası dialoqun, qarşılıqlı hörmətin və sülhün möhkəmlənməsi üçün vacib vasitədir. Azərbaycan bu istiqamətdə də fəal…

ətraflı

AZƏRBAYCANIN QLOBAL MİQYASDA ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİNƏ TÖHFƏLƏRİ ARTIR

Qlobal miqyasda temperaturun artması, quraqlıqlar, sel fəlakətləri, su çatışmazlığı və bu kimi hallar dünya ölkələrini getdikcə daha çox məşğul edən əsas hadisələr sırasında yer alır. Məsələ burasındadır ki, görülən tədbirlərə baxmayaraq, iqlim dəyişmələrinin yaratdığı fəsadlar getdikcə daha sürətli xarakter almağa başlayıb. “The Guardian” qəzeti 23 ölkədən 160 alimin hesabatına istinad yazır ki, hazırda qlobal istiləşmə…

ətraflı

MOSKVANIN TƏKLİFİ ARTIQ YEGANƏ ÇIXIŞ YOLU DEYİL

Cənubi Qafqazda sülh gündəliyinin irəlilədiyi bir vaxtda Moskva diplomatik hərəkətliliyini artırıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin son bəyanatında bildirib ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi üçün Moskva platforma təklifi qüvvədə qalır. Qaluzinin bəyanatı ilk növbədə Moskvanın regionda azalan təsirini bərpa etmək üçün başladığı simvolik və strateji mübarizə kimi də qəbul oluna…

ətraflı

BRİTANİYANIN CƏNUBİ QAFQAZ SİYASƏTİNDƏ YENİ DÖVR: SİLAH EMBARQOSU QALDIRILDI

Britaniya hökuməti Azərbaycan və Ermənistana qarşı 1992-ci ildən tətbiq olunan silah embarqosunun tamamilə ləğv edib. Bu barədə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautin tərəfindən Britaniya parlamenti rəsmi saytında yayımlanan bəyanatda deyilir. İlk növbədə bu hadisə Cənubi Qafqaz üçün mühüm geosiyasi hadisədir. Çünki bu qərar yalnız texniki və ya…

ətraflı

BAKI FƏRQLİ MARAQLARI BİR MASA ARXASINDA UZLAŞDIRIR

Azərbaycan son illərdə regionda balanslaşdırılmış diplomatiya aparmaqla həm Moskva, həm Tehran, həm də Qərb paytaxtları ilə əlaqələrdə sabit xətt yürüdür. Bakı üçün əsas məqsəd beynəlxalq təzyiqlərdən uzaq, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mühitinin yaradılmasıdır. Bu mənada Cənubi Qafqazda və Xəzər hövzəsində baş verən geosiyasi dəyişikliklər fonunda Bakıda keçirilən İran, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli…

ətraflı

YAXIN ŞƏRQDƏ SÜLH ERASI: AZƏRBAYCAN DA PROSESƏ TÖHFƏ VERƏN ÖLKƏLƏR SIRASINDADIR

Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə çağırılan sülh sammiti dünya miqyasında xüsusi diqqət cəlb edir. Misirin Şarm əl-Şeyx şəhərinin ev sahibliyi etdiyi bu tədbirdə Azərbaycanın da ən yüksək səviyyədə iştirakı ölkəmizin Yaxın Şərqdə sülhə töhfə verən ölkələr sırasında yer almasının daha bir konkret təzahürüdür. Elə bu kontekstdə Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarından və Misirdən…

ətraflı

PARLAMENT DİPLOMATİYASI AZƏRBAYCAN, TÜRKİYƏ VƏ PAKİSTAN ARASINDA ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIĞA MÜHÜM TƏKAN VERİR

Müasir beynəlxalq münasibətlər sistemi dinamik dəyişikliklər dövrünü yaşayır. Yeni güc mərkəzlərinin meydana gəlməsi, regional alyansların formalaşması, qarşılıqlı iqtisadi-siyasi asılılığın artması dövlətlərin müxtəlif formatlarda əməkdaşlığını aktuallaşdırır. Bu reallıq yeni əməkdaşlıq modellərinin meydana çıxmasını, dövlətlərarası münasibətlərin müxtəlif səviyyələrdə – hökumətlər, parlamentlər və ictimai institutlar müstəvisində inkişafını zəruri edir. Müasir dövrdə parlament diplomatiyası ənənəvi diplomatik münasibətlərin təkanvericisi kimi…

ətraflı

ERMƏNİSTAN ÜÇÜN QAÇILMAZ ÖHDƏLİK: İTKİN DÜŞMÜŞ ŞƏXSLƏR MƏSƏLƏSİ QLOBAL HUMANİTAR GÜNDƏLİYƏ ÇIXARILIR

Hücum xətti üzərində qurulmuş xarici siyasətini İkinci Qarabağ müharibəsindən sonra da davam etdirən rəsmi Bakı Ermənistanın müharibə cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq və ifşasına nail olmaq istiqamətində ardıcıl iş aparır. Avqustun 8-də Vaşintonda Ermənistan və Azərbaycan tərəfindən paraflanmış Yekun Sülh Sazişi layihəsinin doqquzuncu maddəsi sülh və etimad quruculuğu baxımından tərəflərin üzərinə itkinlərlə bağlı mühüm vəzifələr qoyur….

ətraflı