Vüsal Qasımlının həmmüəllifi olduğu məqalə Kembric nəşrində dərc olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, i.e.d., prof. Vüsal Qasımlının həmmüəllifi olduğu məqalə nüfuzlu beynəlxalq nəşrdə – Kembric Universiteti Nəşriyyatı tərəfindən yayımlanan “Cambridge Prisms: Energy Transitions” jurnalında dərc olunub. “Ətraf mühit vergiləri və bərpa olunan enerjinin dekarbonizasiyaya qısa və uzunmüddətli təsirlərinin multimodal təhlili” (A Multi-Model Analysis of the Short-Run and Long-Run Effects of…

ətraflı

Azərbaycan sülh və təhlükəsizliyin təminatçısı kimi Cənubi Qafqazın inkişafına töhfə verir

Qlobal iqtisadi volatilliklər və geosiyasi risklər fonunda ölkələr üçün dayanıqlı və şaxələndirilmiş inkişaf modeli prioritetə çevrilib. Bu şəraitdə makroiqtisadi sabitliyin qorunması, qeyri-neft sektorunun gücləndirilməsi və investisiya mühitinin yaxşılaşdırılması əsas strateji istiqamətlər kimi çıxış edir. Azərbaycan iqtisadiyyatında son illərdə müşahidə olunan artım dinamikası və struktur dəyişikliklər isə iqtisadiyyatın daha balanslı və davamlı inkişaf mərhələsinə keçidini nümayiş…

ətraflı

“Qida Təhlükəsizliyi” dərsliyi layihəsi üzrə FAO ilə əməkdaşlıq məsələləri müzakirə edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlığı ilə hazırlanan “Qida Təhlükəsizliyi” adlı dərslik layihəsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri ilə onlayn görüş keçirilib. Görüşdə FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin Qida Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə məsul əməkdaşı Meri Kenni,…

ətraflı

2026-cı ildə Azərbaycan iqtisadiyyatı: BVF hesabatının əsas məqamları

Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı il üzrə son proqnozları Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf mərhələsinə qədəm qoyduğunu və qlobal çağırışlara qarşı yüksək adaptasiya qabiliyyəti nümayiş etdirdiyini təsdiqləyir. Hesabatda əks olunan rəqəmlər ölkəmizin yeni iqtisadi drayverlərə söykənən daha diversifikasiya olunmuş bir modelə uğurlu keçidini simvolizə edir. Proqnozlara əsasən, 2026-cı ildə qeyri-neft sektorunun aktivləşməsi hesabına ÜDM artımının 2,1%-ə…

ətraflı

“İqtisadi islahatlar” jurnalı “ERIH+” bazasında indeksləşdirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalı nüfuzlu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərindən (bazalarından) hesab edilən Norveçin “ERIH+” bazası tərəfindən ideksləşdirilib (https://erihplus.hkdir.no/journal?id=509184). Qeyd edək ki, “ERIH+” sosial və humanitar elm sahələrini əhatə edən unikal jurnal indeksidir. Bu indeks xüsusən Avropa üzrə keyfiyyətli jurnallara diqqət yetirir və onların əlçatanlığını artırmağa çalışır….

ətraflı

Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru ilə görüşüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru, professor Janos Abonyinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Vüsal Qasımlı İİTKM-in fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verərək bildirib ki, Mərkəz hazırda 25 strateji sənədin icrasının monitorinq və qiymətləndirilməsini həyata keçirir, layihə idarəetmə modulunu tətbiq edir və ölkədə proqram…

ətraflı

Balkanlar ilə Cənubi Qafqaz arasındakı əməkdaşlığın yeni inkişaf arxitekturası

Belqradda Azərbaycan və Serbiya liderlərinin mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini bir daha nümayiş etdirib. Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı bildirib ki,  Prezident İlham Əliyev və Prezident Aleksandar Vuçiç tərəfindən səsləndirilən mesajlar göstərir ki, Azərbaycan-Serbiya tərəfdaşlığı klassik ikitərəfli münasibətlər…

ətraflı

Qarabağdan başlayan “ağıllı” transformasiya: IoT-un Azərbaycan modeli – TƏHLİL

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Təranə Salıfova “Report” İnformasiya Agentliyinə müsahibə verib: Bu gün rəqəmsal transformasiya sadəcə dəbdə olan anlayış deyil, biznes üçün real rəqabət üstünlüyü yaradan çoxşaxəli prosesdir. Bu keçidin mərkəzində isə texnologiyalar dayanır. Gündəlik əməliyyatların optimallaşdırılmasından tutmuş qərarların daha sürətli və dəqiq qəbuluna qədər bütün mərhələlərdə texnologiya səmərəliliyi artırır,…

ətraflı

Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan və ABŞ arasında yeni iqtisadi perspektivlər yaradır

“Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması ölkələrimizin iqtisadi inkişafını dəstəkləyən uzunmüddətli əlaqələrin qurulması üçün yeni perspektivlər açır və birgə əməkdaşlığın genişləndirilməsini təşviq edir. Strateji tərəfdaşlıq çərçivəsində ticarət əlaqələrinin və investisiya mühitinin inkişafı, həmçinin enerji və texnologiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi gözlənilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq…

ətraflı

Azərbaycanın yeni rəqəmsal arxitekturası: strateji hədəflər və institusional islahatlar

Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında rəqəmsal transformasiya, genişzolaqlı infrastrukturun qurulması, data mühitinin formalaşdırılması və dövlət xidmətlərinin rəqəmsallaşdırılması əsas prioritetlər sırasındadır. “Onlayn Azərbaycan” layihəsi, dövlət bulud infrastrukturunun yaradılması və genişzolaqlı internetin ölkə üzrə əlçatanlığının artırılması rəqəmsal iqtisadiyyatın institusional və texnoloji bazasını formalaşdırıb. Bu əsas üzərində qəbul edilmiş Süni İntellekt Strategiyası (2025–2028) və Rəqəmsal İqtisadiyyat Strategiyası (2026–2029) süni…

ətraflı