İİTKM-də Qazaxıstanın dövlət qulluqçularına dövlət idarəçiliyində tətbiq olunan innovativ texnologiyalar təqdim olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Qazaxıstan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının xəttilə Azərbaycana gələn dövlət qulluqçularına ölkəmizin iqtisadi islahatlar sahəsində təcrübəsi öyrədilib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tərəfindən ölkəmizə dəvət olunan qonaqlara “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda təqdimatlar edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru…
