TDAM rəhbəri türkiyəli tədqiqatçılarla “Türk Dünyası 2040 Vizyonu”nu müzakirə edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Niğde Ömer Halisdemir Universitetinin nümayəndələri ilə görüş keçirib. Görüşdə “Türk Dünyası 2040 Vizyonu” və Türk dövlətlərinin iqtisadi inteqrasiyası ilə bağlı qarşıya qoyulan hədəflərə nail olmaq üçün akademik qurumlar və tədqiqat mərkəzlərinin birgə fəaliyyəti müzakirə olunub. Vüsalə Cəfərova Türk…

ətraflı

Türk Mədəniyyəti Araşdırma Mərkəzinin rəhbəri İİTKM-də olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova İstanbul Yeditepe Universitetinin Türk Mədəniyyəti Araşdırma Mərkəzinin rəhbəri Ecem Elif Ünal ilə görüşüb. Görüş zamanı V.Cəfərova Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi ölkələrində dayanıqlı iqtisadi inkişafın təmin edilməsi məqsədilə aparılan araşdırmalar, iqtisadi tədqiqat mərkəzləri və akademik…

ətraflı

İİTKM-də Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin iqtisadçısı Qustavo Ramires və Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional İnkişaf Mərkəzinin makroiqtisadçısı Martin Fukaç ilə görüş keçirilib. Görüşdə İİTKM-in icraçı direktorunun müavini Rəşad Hüseynov Azərbaycanın sosial-iqtisadi inkişafı strategiyaları, dövlət proqramlarının hədəfləri, icrasının monitorinq və qiymətləndirilməsində Mərkəzin fəaliyyəti barədə…

ətraflı

İİTKM və AİBİ beyin mərkəzləri forumunun keçirilməsini müzakirə edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) arasında beyin mərkəzlərinin beynəlxalq səviyyədə forumunun təşkil edilməsi müzakirə olunub. Videokonfrans formatında keçən görüşdə İİTKM-in icraçı direktorunun müşaviri Ayaz Müseyibov, Mərkəzin İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva, AİBİ-nin baş icraçı direktoru Tetsuşi Sonobe və hər iki qurumdan əməkdaşlar iştirak ediblər. Müzakirələrdə Avropa,…

ətraflı

Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri

Mərkəzi Asiya ilə Azərbaycanı birləşdirən çoxəsrlik tarixi və mədəni əlaqələr Türk Dövlətləri Təşkilatının yaradılması ilə intensiv xarakter alıb. Ortaq dəyərlərə və adət-ənənələrə malik Azərbaycan və Tacikistan ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində, xüsusilə, Orta Dəhliz çərçivəsində ticarət və tranzit əlaqələrinin qurulmasında maraqlıdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Tacikistan prezidentinin…

ətraflı

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı FINTEX SAMMİT BAKI 2024-də açılış nitqi ilə çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının “BANK VƏ MALİYYƏ EKOSİSTEMİNDƏ YENİ TRENDLƏR: İNNOVATİV HƏLLƏR, FINTEX VƏ TƏHLÜKƏSİZLİK” mövzusunda FINTEX SAMMİT BAKI 2024-dəki  çıxışından əsas tezislər: “Mckinsey”-nin proqnozuna əsasən, növbəti bir neçə il ərzində Fintexlərin inkişafını təşviq edəcək əsas texnologiyalar aşağıdakılar olacaqdır: Süni İntellekt (AI), blokçeyn, bulud hesablaması, əşyaların interneti (IoT), açıq…

ətraflı

Vüsal Qasımlı AİB İnstitutunun baş icraçı direktorunu qəbul edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Asiya İnkişaf Bankı İnstitutunun (AİBİ) baş icraçı direktoru Tetsuşi Sonobenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Vüsal Qasımlı Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, eləcə də mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib. O, İİTKM-in yerli və nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığından və bu əməkdaşlığın ölkənin iqtisadi…

ətraflı

Vüsal Qasımlı Macarıstanın Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbərini qəbul edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Macarıstanın “Mathias Corvinus Collegium” Universitetinin Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri Dr. Caba Moldizi qəbul edib. Görüş zamanı V.Qasımlı Azərbaycan və Macarıstan arasında əməkdaşlığın əhəmiyyətindən danışıb. O bildirib ki, İİTKM-lə “Mathias Corvinus Collegium” Universitetinin birgə həyata keçirəcəyi fundamental tədqiqatlar və irimiqyaslı layihələr münasibətlərin daha…

ətraflı

Azərbaycanın gənc startapçıları beynəlxalq innovasiya ekosisteminin iştirakçıları ilə görüşüblər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşkilatçılığı ilə “Sərhədlərarası İnnovasiya: Azərbaycan-Macarıstan dostluğunun möhkəmləndirilməsi” (Cross-Border Innovation: Strengthening Azerbaijan-Hungary Friendship) adlı beynəlxalq konfrans keçirilib. Macarıstanın “Mathias Corvinus Collegium” Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirdə innovasiya sahəsində fəaliyyət göstərən mütəxəssislər, alimlər, sahibkarlar və startapçılar iştirak ediblər. Kiçik və Orta Biznesin İnkişafı…

ətraflı

EnterpriseAzerbaijan layihəsində Amerikalı professor təlim keçdi

“Startup School 2 – AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsi davam edir. Növbəti təlim Amerika Birləşmiş Ştatlarının Nevada Universitetinin professoru Met Vestfild tərəfindən keçirilib. “Dəyər Təklifləri” (Value Propositions) mövzusunda təşkil olunmuş sessiyada iştirakçılar ABŞ bazarında müəssisələrin qurulması və uğur qazanması üçün vacib olan təməl konsepsiyaları hərtərəfli tədqiq ediblər. M.Vestfild Birləşmiş Ştatlarda…

ətraflı