İİTKM-də Elman Nəsirovun könüllülərlə görüşü keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Milli Məclisin deputatı Elman Nəsirov könüllülərlə görüş keçirib.  “İlham Əliyev: tarixi şəxsiyyət və qlobal lider” mövzusunda çıxış edən millət vəkili Azərbaycanın əldə etdiyi uğurlar və beynəlxalq arenada qazandığı nailiyyətlər barədə danışıb. O bildirib ki, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət istər regional, istər qlobal səviyyədə dövlətimizin…

ətraflı

“Türk iqtisadi icmalı”nın növbəti buraxılışı dərc olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2024-cü ilin 9 ayı üzrə buraxılışı nəşr edilib. İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırma Mərkəzinin hazırladığı rüblük hesabat Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və müşahidəçi üzvlər Macarıstan,…

ətraflı

Azərbaycan-Türkiyə Avropa yaşıl enerji dəhlizi: İdeyadan gerçəkliyə

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn Türkiyənin Nişantaşı Universitetinin təşkil etdiyi “II Beynəlxalq Enerji Konqresi”nə qatılıb. Onlayn konfransın “Bərpa olan enerji və texnologiyalar” mözusunda panel müzakirəsində Ramil Hüseyn “Azərbaycan-Türkiyə Avropa yaşıl enerji dəhlizi: İdeyadan gerçəkliyə” (Azerbaijan-Türkiye Europe Green Energy Corridor: From Idea to Reality) mövzusunda çıxış edib. Ramil Hüseyn  Hoca…

ətraflı

Ayaz Museyibov Tokioda iqlim dayanıqlığının artırılmasında süni intellektin rolundan danışıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ayaz Museyibov Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən “Asiyada iqlimə davamlı və karbonsuz iqtisadiyyatlar üçün siyasətlər” mövzusunda dəyirmi masada çıxış edib. Müzakirə Asiya İnkişaf Bankı (AİB), Asiya İnkişaf Bankı İnstitutu (AİBİ), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), ASEAN+3 Makroiqtisadi Araşdırmalar Bürosu (AMRO), və ASEAN və Şərqi…

ətraflı

Vüsal Qasımlı “Think7” tədbirində iştirak edib

İqtisadi İslahatlatın Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Beynəlxalq İdarəetmə İnnovasiyaları Mərkəzinin (CIGI) “Think7”-nin (T7) koordinasiyasının İtaliyadan Kanadaya rəsmi təhvil verilməsi mərasimində iştirak edib. Mərasimdə dünyanın tanınan beynəlxalq tədqiqat mərkəzlərinin rəhbərləri, akademik şəbəkələrin üzvləri, hökumət nümayəndələri və G7-nin yerli spikerləri bir araya gəlib. Foruma dünyanın fərqli ölkələrindən qoşulan…

ətraflı

Vüsal Qasımlı 8-ci Beynəlxalq Bankçılıq Forumunda açılış nitqi ilə çıxış edib

Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı və İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə 8-ci Beynəlxalq Bankçılıq Forumu (BBF) keçirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı forumda açılış nitqi ilə çıxış edib. Salam hörmətli xanımlar və cənablar! İlk növbədə VIII Beynəlxalq “Etibarlı, Təhlükəsiz Və Dayanıqlı”…

ətraflı

Oksford Univesitetinin məzunları İİTKM-də toplandı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Oksford Universiteti “Saïd Business School”un nümayəndə heyətindən ibarət qrup və məzunları bir araya gətirib. Görüş zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim dəyişikliyi, yaşıl enerji keçidi, dayanıqlılıq və yaşıl iqtisadiyyatla bağlı bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qonaqlar bildiriblər ki, COP29-un…

ətraflı

İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Asiya İnkişaf Bankı (AİB), Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu (CAREC Institute) ilə birgə Qlobal Beyin Mərkəzləri Forumu keçirib. “Qlobal yaşıl iqtisadiyyat: İqlim fəaliyyəti, maliyyələşdirmə və innovasiya” (Global Green Economy: Climate Action, Financing and Innovation) mövzusunda təşkil olunan Forumda T20 şəbəkəsinə…

ətraflı

Vüsal Qasımlının məqaləsi Belqrad Universitetinin Scopus bazasında indesləşdirilən nüfuzlu jurnalında çap olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, i.e.d., professor Vüsal Qasımlının Serbiyanın Belqrad Universitetinin “Economic Annals” (İqtisadi Salnamələr) jurnalında “Economy-wide and environmental benefits of green energy development in oil-rich countries: Evidence from Azerbaijan” (“Neftlə zəngin ölkələrdə yaşıl enerjinin inkişafının iqtisadi və ekoloji faydaları: Azərbaycandan sübutlar”) mövzusunda məqaləsi çap olunub. Məqalədə göstərilir ki, Azərbaycan öz…

ətraflı

İİTKM Zəfər günü ərəfəsində “Qarabağ və Şərqi Zəngəzura investisiya” mövzusunda islahat icmalı təqdim edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM)  “İslahat icmalı”nın xüsusi buraxılışını “Qarabağ və Şərqi Zəngəzura investisiya” mövzusuna həsr edib. İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva bildirib ki, icmalın təqdim olunmasında məqsəd regionda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin yaratdığı investisiya imkanlarını, həmçinin kənd təsərrüfatı, sənaye, enerji və turizm kimi mühüm sahələrdəki potensialı yerli və xarici…

ətraflı