İşğaldan azad olunmuş ərazilərdə yeni obyektlərin açılışı sosial reinteqrasiya və iqtisadi canlanma yaradır

Ölkəmizin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetdən biri olan işğaldan azad olunmuş ərazilərə böyük qayıdış çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, o cümlədən müasir infrastrukturun qurulması, keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışı və rahat məskunlaşması üçün yeni yaşayış məntəqələrinin inşası sürətlə davam etdirilir. Prezident İlham Əliyev növbəti dəfə…

ətraflı

Azərbaycanın İƏT-də artan rolu: əməkdaşlıqda yeni perspektivlər

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə İran, Pakistan və Türkiyənin təşəbbüsü ilə təsis olunmuş və sonradan Azərbaycan da daxil olmaqla bir sıra Orta Asiya və Cənubi Qafqaz ölkələrinin qoşulduğu regional iqtisadi inteqrasiya platformasıdır. Təşkilatın başlıca məqsədi üzv ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat və enerji sahələrində qarşılıqlı əməkdaşlığın təşviq olunması və dərinləşdirilməsidir. Azərbaycan Respublikası 1992-ci ildən…

ətraflı

Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı yeni mərhələdə

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin diplomatik münasibətlərin 30-cu ildönümündə Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu səfər təkcə siyasi və diplomatik əhəmiyyət daşımır, eyni zamanda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və institusional çərçivədə möhkəmləndirilməsi baxımından ciddi irəliləyişlərə zəmin yaradır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM)…

ətraflı

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin gücləndirilməsi və sosial yenidənqurma

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın məqsədi cəzaçəkmə müəssisələrində peşə təhsilini əmək bazarının tələblərinə uyğunlaşdırmaq, bununla bağlı mövcud infrastrukturunu təkmilləşdirmək, məhkumları yenidən cəmiyyətə qazandırmaq, təkrar cinayət hallarını azaltmaqdır. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Nazirlər…

ətraflı

İİTKM-in şöbə müdiri İstanbulda “Türk Dünyası Yay Məktəbi”ndə çıxış edib

İqtisad İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İTKM) Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri Vüsalə Cəfərova Türkiyənin İbn Haldun Universitetində keçirilən 2-ci “Türk Dünyası Yay Məktəbi”ndə təqdimatla çıxış edib. O, “Türk Dünyası iqtisadiyyatı və iqtisadi inteqrasiya üzrə tövsiyələr” mövzusunda mühazirəsində Türk dövlətləri arasında iqtisadi əlaqələr, qarşılıqlı ticarət və investisiya göstəriciləri və perspektivləri ilə bağlı tədqiqatını təqdim edib,…

ətraflı

İİTKM Britaniyada “Ən innovativ monitorinq və qiymətləndirmə təşəbbüsü”nə görə ali mükafat alıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyada yerləşən “Global Business Outlook” nəşriyyatının təşkil etdiyi “Global Business Outlook Awards 2025” beynəlxalq müsabiqəsində “Government Services” nominasiyası üzrə ali mükafata layiq görülüb. Mərkəzə “Ən innovativ monitorinq və qiymətləndirmə təşəbbüsü – Böyük Qayıdış – Azərbaycan 2025” (Most Innovative Monitoring and Evaluation Initiative – Great Return – Azerbaijan…

ətraflı

İİTKM və Nottingem Universiteti arasında maliyyə innovasiyaları və tədqiqatlar üzrə əməkdaşlıq gücləndirilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, i.e.d., professor Vüsal Qasımlı Böyük Britaniyanın Nottingem Universitetinin nümayəndələrini qəbul edib. Görüşdə “Beynəlxalq Bankçılıq və Maliyyə Cəmiyyəti”nin  (IFABS) prezidenti, “INFINITY” – İnklüziv Maliyyə Texnologiyaları Mərkəzinin həmtəsisçisi, professor Meryem Duygun və “Qlobal Bankçılıq və Maliyyə İnnovasiyaları Mərkəzi”nin həmtəsisçisi, professor Sanjay Banerji iştirak ediblər. Vüsal Qasımlı Azərbaycanın makroiqtisadi…

ətraflı

İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı “FINTEX SAMMIT 2025” tədbirində çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı Bakıda keçirilən “Bankçılıq və maliyyə ekosistemində yeni trendlər: Rəqəmsal inteqrasiya, Fintex tərəfdaşlıqları və kibertəhlükəsizlik” mövzusunda “FINTEX SAMMIT 2025” tədbirində çıxış edib: “Son illərdə bank və maliyyə sektorunda müşahidə olunan əsas dəyişikliklərdən biri istehlakçıya yönəlik və texnologiya əsaslı yanaşmaların dominant hala gəlməsidir. Bu gün banklar…

ətraflı

İnnovasiya və rifah: Kimə nə vəd edir?

21-ci əsrdə qlobal bazarlarda artan rəqabət və innovativ dəyişikliklər iqtisadi artım templərini də sürətləndirir.  Bəs bu tendensiya sosial rifaha necə təsir edir? Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov bildirib ki, qabaqcıl iqtisadiyyatlarda biliyə verilən əhəmiyyət və bu sahəyə qoyulan investisiyalar hər il artır. Bilikdən istifadə innovasiyaların…

ətraflı

Nəqliyyat-tranzit imkanları qlobal strateji-iqtisadi üstünlüyün əsas şərtidir

Qlobal mühitdə mübarizənin əsas istiqamətlərindən birini əlverişli nəqliyyat-tranzit imkanları təşkil edir. Başqa sözlə desək, hansı ölkənin beynəlxalq bazarlara əlverişli çıxışı və geniş əhatəli nəqliyyat-tranzit imkanları varsa, o ölkələr daha sürətlə inkişaf edir, qlobal inteqrasiyasını intensivləşdirir və beynəlxalq tribunada söz sahibi olur. Təbii ki, mövcud potensial imkanlar, əlverişli coğrafi-strateji mövqe və həyata keçirilən siyasət, qəbul edilən…

ətraflı