İİTKM-də Asiya İnkişaf Bankı nümayəndələri ilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Asiya İnkişaf Bankının (AİB) nümayəndələri ilə görüş keçirilib. Görüşdə “COP29: Potensialın inkişafı – Azərbaycan üzrə diaqnostik tədqiqat: Yaşıl, diversifikasiya olunmuş və davamlı iqtisadiyyatda iş bacarıqları” adlı texniki yardım layihəsi çərçivəsində müzakirə aparılıb. Giriş nitqi ilə çıxış edən İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn Mərkəzin fəaliyyəti ilə bağlı qonaqlara geniş…

ətraflı

İİTKM “World Business Outlook” tərəfindən “Texnologiya” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Birləşmiş Ərəb Əmirliklərində yerləşən “World Business Outlook” beynəlxalq media qurumunun təşkil etdiyi “World Business Annual Awards 2025” müsabiqəsində “Texnologiya” nominasiyası üzrə qalib olub. Mərkəz bu nüfuzlu mükafata dövlət idarəetməsində rəqəmsal texnologiyaların geniş tətbiqi, innovativ platformaların yaradılması və nəticəyönlü idarəetmə yanaşmalarının həyata keçirilməsi istiqamətindəki uğurlarına görə layiq görülüb. Mükafatın…

ətraflı

Azərbaycan regionun siyasi-iqtisadi lokomotivi rolunda

Azərbaycanın Çinlə əlaqələrinin sürətlə inkişafı ölkəmizi yalnız Avropa ilə Asiya arasında strateji qovşaq halına gətirmir, eyni zamanda Türk Dövlətləri və Qafqaz ölkələrinin iqtisadi dirçəlişinə də mühüm dəstək verir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətin nəticəsidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalının rəhbəri Ayxan Qədəşov qeyd edir ki, Prezidentin son…

ətraflı

Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır

Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanla Çinin dostluq və hərtərəfli əməkdaşlığını xüsusi vurğulayıb, iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanatın imzalanmasını isə tarixi hadisə adlandırıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, Azərbaycan-Çin münasibətlərinin uğurla inkişaf etməsi hər iki dövlət başçısının ortaq siyasi iradəsi…

ətraflı

Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafı hansı perspektivlər vəd edir?

Çinin Tyanjin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının illik sammiti keçirilir. Bu sammit təşkilat tarixində ən geniş tərkibli toplantı hesab olunur. İclasda 21 ölkənin dövlət və hökumət başçıları, eləcə də 10 beynəlxalq qurumun təmsilçiləri iştirak edirlər. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Ermənistan Baş naziri…

ətraflı

İİTKM nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” çərçivəsində görülən işlərlə tanış olublar

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasının monitorinq və qiymətləndirilməsi məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgəsinə  səfər ediblər. Səfər çərçivəsində Strategiyada nəzərdə tutulan tədbirlərə və uğurla icra olunan layihələrə yerində baxış keçirilib. Nümayəndə heyətinə İİTKM-lə yanaşı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Azərenerji”, Ekologiya…

ətraflı

“İxrac icmalı”nın avqust sayı dərc olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın avqust sayını təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar-iyul aylarında  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4% artaraq 2.09 milyard  ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsullarının ixracı 23,9% artaraq 689 milyon ABŞ dollarına bərabər olub. 2025-ci ilin yanvar-iyul aylarında…

ətraflı

İİTKM nümayəndələri “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” çərçivəsində görülən işlərlə tanış olublar

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasının monitorinq və qiymətləndirilməsi məqsədilə regionlara səfər edirlər. Səfər çərçivəsində Strategiyada nəzərdə tutulan tədbirlərə və uğurla icra olunan layihələrə yerində baxış keçirilir. Nümayəndə heyətinə İİTKM-lə yanaşı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii…

ətraflı

Türkmənbaşı zirvəsi: Azərbaycan–Türkmənistan–Özbəkistan tərəfdaşlığının yeni strateji mərhələsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında Türkmənbaşı şəhərində baş tutan yüksək səviyyəli görüş zamanı imzalanan sənədlər regionun geoiqtisadi konturlarını dəyişmək potensialına malik olmaqla sistemli əməkdaşlığın əsasını qoydu. Bu razılaşmalar həm ikitərəfli, həm də üçtərəfli formatda Türk dünyası ölkələrinin enerji, nəqliyyat, logistika, şəhərsalma və…

ətraflı

Qars-İğdır-Aralık-Dilucu dəmir yolu Zəngəzur dəhlizinin açılmasını daha da sürətləndirəcək

Qars-İğdır-Aralık-Dilucu marşrutu üzrə, Naxçıvanla sərhəddə yerləşən 224 kilometrlik dəmir yolunun tikintisi ilə Türkiyənin şərq bölgəsində region üçün, dünya üçün əhəmiyyətli bir layihənin – qlobal strateji dəyəri olan yeni bir dəmir yolu layihəsinin əsası qoyulur. Hələ 2023-cü ilin sentyabrında Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qars-Naxçıvan dəmiryolu layihəsi ilə bağlı niyyət protokolu…

ətraflı