Azərbaycan-Qazaxıstan: 20 illik strateji tərəfdaşlıq

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri iki ölkə arasında strateji müttəfiqliyin daha da möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisədir. Dövlət başçılarının bəyanatları siyasi münasibətlərin artıq dostluqdan qardaşlığa keçdiyini və bu əməkdaşlığın əsas sütununun iqtisadi-ticarət əlaqələri olduğunu təsdiqlədi. Prezident Tokayevin “iqtisadi-ticari əməkdaşlığın inkişafı bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir” fikri, Prezident İlham Əliyevin “bütün…

ətraflı

Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olundu

Vyetnamın Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun (IPADS) direktoru Le Nguyen Thien Nga İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) qonağı olub. İİTKM-in  icraçı direktorunun müavini Ayaz Museyibov Vyetnamın regionda həyata keçirdiyi uğurlu iqtisadi siyasət və Azərbaycan iqtisadiyyatının dinamik inkişafını nəzərə alaraq iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf…

ətraflı

Macarıstanlı tədqiqatçı İİTKM-də elmi fəaliyyətə başlayıb

Macarıstanın “Mathias Corvinus Collegium” ali təhsil müəssisəsinin tədqiqatçısı Tas-Szilárd Kelemen İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzində elmi tədqiqat işinə başlayıb. T.Kelemenin tədqiqatı “Türk Dünyasının iqtisadi inteqrasiyası” mövzusuna həsr olunub. Bu mövzu Azərbaycanın Türk dövlətləri ilə regional iqtisadi əməkdaşlıq istiqamətində həyata keçirdiyi strateji prioritetlərin təhlilinə hədəflənir. Tədqiqatın məqsədi…

ətraflı

İİTKM və Macarıstanın Ludovika Dövlət Xidmətləri Universiteti arasında əməkdaşlıq müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Macarıstanın Ludovika Dövlət Xidmətləri Universitetinin beynəlxalq əlaqələr üzrə baş direktoru və Ludovika Türk Araşdırmaları Mərkəzinin rəhbəri xanım Liliana Śmiech və həmin mərkəzin koordinatoru cənab Dávid Biró ilə görüş keçirilib. Görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn Azərbaycan və Macarıstan arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirib. O, akademik və institusional…

ətraflı

Vüsal Qasımlı “Türk Dünyası Elm Mükafatı”na layiq görülüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, prof. Vüsal Qasımlıya “İkinci Beynəlxalq Türk Dünyası Elm Mükafatları” (2. Uluslararası Türk Dünyası Bilim Ödülleri) üzrə təltifetmə mərasimində İqtisadiyyat elmi üzrə ali mükafat təqdim edilib. Mükafatlandırma mərasimi Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşadakı Prezident Kompleksində keçirilib. Tədbirdə çıxış edən ŞKTC prezidenti Ersin Tatar bildirib ki, Türk…

ətraflı

Vüsal Qasımlı “Rebuild Karabakh – 2025” tədbirində çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi (“Baku Build-2025”) və 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh – 2025”) çərçivəsində təşkil olunan “Qarabağın dirçəlişi və Azərbaycanın yeni inkişaf modeli” mövzusunda paneldə çıxış edib. O, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş…

ətraflı

İİTKM Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2026-cı il üzrə indikativ planlaşdırma tədbirlərinə başlayıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə 2026-cı ilə dair indikativ planlaşmanın aparılması məqsədilə icraçı qurumlarla görüşlərə başlanılıb. Proses çərçivəsində oktyabr-noyabr ayları ərzində dövlət proqramı üzrə əsas icraçı qismində müəyyən edilmiş 41 qurumla müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub. Görüşlərdə Dövlət Proqramına…

ətraflı

Kommünike üçtərəfli münasibətləri inkişafı etdirməklə tranzit daşımaları da intensivləşdirəcək

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadeq arasında imzalanan üçtərəfli kommünike regional əməkdaşlıq və inkişaf üçün mühüm məsələləri əhatə edir. Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirib ki,…

ətraflı

İİTKM Böyük Britaniyanın “Brands Review Magazine Awards 2025” beynəlxalq müsabiqəsində qalib olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyada yerləşən nüfuzlu beynəlxalq media qurumu – “Brands Review Magazine Ltd” tərəfindən təşkil olunan “Brands Review Magazine Awards 2025” müsabiqəsində “Texnologiya” nominasiyası üzrə yüksək mükafatla təltif olunub. Mərkəz bu mükafata “Ağıllı Monitorinq və Qiymətləndirmə Sistemi: 2025 Azərbaycan üçün süni intellektə hazır məlumat idarəetmə innovasiyası” (Smart M&E System:…

ətraflı

İİTKM-in əməkdaşlarının məqaləsi “Scopus” və “Web of Science” bazasında indeksləşən jurnalda nəşr olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) əməkdaşlarının yazdığı “Exploring the Nexus between Emissions, Economic Growth, and Employment: Evidence from Azerbaijan” (“Emissiyalar, iqtisadi artım və məşğulluq arasındakı əlaqələrin araşdırılması: Azərbaycanın nümunəsi”) adlı məqalə Xorvatiyanın nüfuzlu “Economic Thought and Practice” jurnalında “Online First” formatında nəşr olunub. Sözügedən jurnal “Scopus” və  “Web  of Science (WoS)” bazasında indeksləşdirilir və il ərzində dünya üzrə qəbul etdiyi məqalələrdən yalnız  30 ən…

ətraflı