Vüsal Qasımlı Niderland Krallığının nümayəndə heyətini qəbul edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Niderland Krallığının Şərqi Avropa üzrə rəhbəri Karolayn Ramaekers, Niderland Xarici İşlər Nazirliyinin baş məsləhətçisi Rebel Reyper, Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Marianna de Yonq, səfirin müavini Yohannes Kirpestein və səfirliyin baş məsləhətçisi Şəhla Balakişiyevadan ibarət nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişaf gündəliyi,…

ətraflı

İİTKM Britaniyanın “International Finance Awards 2025” müsabiqəsində ən yaxşı beyin mərkəzi elan olundu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyada yerləşən nüfuzlu beynəlxalq media qurumu – “International Finance” tərəfindən təşkil olunan “International Finance Awards 2025” müsabiqəsində “Government Services” nominasiyası üzrə iki yüksək mükafata layiq görülüb. Mərkəz “Ən yaxşı dövlət beyin mərkəzi və tədqiqat institutu” (Best Government-Affiliated Think Tank and Research Institution) və “İqtisadi islahatlar üzrə ən yaxşı…

ətraflı

Vüsal Qasımlı IX Beynəlxalq Bankçılıq Forumunda çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının IX Beynəlxalq Bankçılıq Forumunda (IX INTERNATIONAL BANKING FORUM) açılış nitqi: Hörmətli qonaqlar və dəyərli iştirakçılar, Hamınızı “Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” mövzusunda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda salamlayıram. Bu Forum bankçılıq və maliyyə sektorunda qlobal dəyişikliklərin müzakirə edildiyi, qabaqcıl ideyaların formalaşdığı mühüm platformadır. Bu gün…

ətraflı

Vüsal Qasımlı Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Forumunda çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumunda çıxış edib. “Enerji təhlükəsizliyi və bağlantılar” mövzusuna həsr olunan sessiyada V.Qasımlı regionda həyata keçirilən irimiqyaslı layihələr, bərpaolunan enerji təşəbbüsləri, Cənub Qaz Dəhlizi və Orta Dəhlizin Avrasiya məkanında iqtisadi və strateji inteqrasiyaya təsirini şərh edib. O bildirib ki, Azərbaycan…

ətraflı

Azərbaycanın monitorinq institutu Tacikistan Prezident Administrasiyası və BMT-nin nümayəndə heyətinə təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Tacikistan Respublikasının Prezident Administrasiyası və BMT-nin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşün əsas məqsədi iki ölkə arasında dövlət proqramlarının uğurlu icrası, islahatların sürətləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi olub. Tacikistan tərəfindən görüşdə Prezident Administrasiyası, İqtisadi İnkişaf və Ticarət Nazirliyi, Prezident yanında İnnovasiya və Rəqəmsal Texnologiyalar Agentliyi və Tacikistan…

ətraflı

COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir

COP29 iqlim maliyyəsinin gələcək arxitekturasını müəyyənləşdirən ən həlledici qərarların qəbul olunduğu mərhələ olubsa, COP30 həmin çərçivələrin real tətbiqinə yönəlmiş icra platforması rolunu oynayır. Bu proses “Hər icranın arxasında bir qərar, hər qərarın arxasında isə bir liderlik dayanır” prinsipini bir daha təsdiqləyir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Ceyran Bəbirova Braziliyanın…

ətraflı

Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məqsədilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsi arasında əməkdaşlığın inkişaf etdirilməsi üzrə növbəti görüş keçirilib. Onlayn görüşdə tərəflər birgə layihə və tədqiqatların həyata keçirilməsi istiqamətində konkret fəaliyyətə başladıqlarını, bunun iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini, yeni investisiyaların cəlbinə şərait yaradacağını bildiriblər. İİTKM-in icraçı direktorunun müavinləri…

ətraflı

Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici körpüdür

Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Həm regional, həm də qlobal miqyasda baş verən geosiyasi proseslər ölkələrin daha sıx əməkdaşlığını təşviq edir. Azərbaycanın bu sahədə atdığı addımlar,  dövlət başçılarının qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq tədbirlərdə birgə təmaslar, imzalanan çoxsaylı sənədlər də bunun bariz nümunəsidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin…

ətraflı

“İxrac icmalı”nın noyabr sayının ilkin rəqəmləri açıqlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın noyabr sayına dair ilkin rəqəmləri təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar-oktyabr aylarında  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 2,99 milyard ABŞ dolları təşkil edib. Qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 19,8% artaraq 962,1 milyon ABŞ dollarına bərabər…

ətraflı

Sosial-iqtisadi inkişaf Strategiyası üzrə 2026-cı ilə dair indikativ planlaşma görüşləri başa çatıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində növbəti nəticə indikatorları üzrə hədəf göstəricilərinin planlaşdırılması istiqamətində dövlət qurumlarının nümayəndələri ilə keçirilən görüşlər yekunlaşıb. Müzakirələrdə Strategiyada nəzərdə tutulan tədbirlərin icrası üzrə aidiyyəti 32 dövlət qurumundan 110 nəfər nümayəndə iştirak edib. Görüşlərdə 2026-cı il üzrə qarşıda duran vəzifələr nəzərdən keçirilib, dövrün…

ətraflı