“SÜLH ŞURASI” İDEYASI: YENİ BEYNƏLXALQ İNSTİTUT, YOXSA DİPLOMATİK MESAJ?
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında “Sülh Şurası ən əhəmiyyətli beynəlxalq təşkilat ola bilər” deməklə faktiki olaraq yeni qlobal diplomatik platforma təşəbbüsünü gündəmə gətirib. Onun sözlərinə görə, dünya liderləri bu platformada iştirak edir, maliyyə yatırır və layihə təkcə Qəzza ilə məhdudlaşmayaraq qlobal sülh mexanizminə çevrilə bilər. Tramp eyni zamanda vurğulayıb ki, təşəbbüs BMT ilə koordinasiya…
