AZƏRBAYCAN-TÜRKMƏNİSTAN MÜNASİBƏTLƏRİNDƏ YENİ MƏRHƏLƏ
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri iki ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilməlidir. Səfər çərçivəsində Berdiməhəmmədovun Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar apardıqdan sonra işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfər edəcəyi gözlənilir. Bu addım təkcə diplomatik və protokol səviyyəsində deyil, həm də dərin tarixi, iqtisadi və geosiyasi…
