Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” ölkədə məşğulluq siyasətinin növbəti beşillik mərhələsini müəyyən edir. Sərəncama əsasən, Tədbirlər Planının icrasının monitorinq və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək. Yeni sənəd 2020–2025-ci illər üçün Tədbirlər Planından ayrıca təşəbbüs deyil, əvvəlki mərhələdə formalaşdırılmış…
