ERMƏNİSTAN ÜÇÜN QAÇILMAZ ÖHDƏLİK: İTKİN DÜŞMÜŞ ŞƏXSLƏR MƏSƏLƏSİ QLOBAL HUMANİTAR GÜNDƏLİYƏ ÇIXARILIR
Hücum xətti üzərində qurulmuş xarici siyasətini İkinci Qarabağ müharibəsindən sonra da davam etdirən rəsmi Bakı Ermənistanın müharibə cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq və ifşasına nail olmaq istiqamətində ardıcıl iş aparır. Avqustun 8-də Vaşintonda Ermənistan və Azərbaycan tərəfindən paraflanmış Yekun Sülh Sazişi layihəsinin doqquzuncu maddəsi sülh və etimad quruculuğu baxımından tərəflərin üzərinə itkinlərlə bağlı mühüm vəzifələr qoyur….
