Azərbaycan-Rusiya münasibətlərində yeni normallıq necə ola bilər?
Artıq qəti şəkildə demək olar ki, AZAL təyyarəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən vurulmasından əvvəlki vəziyyətə qayıdış olmayacaq. Rusiya rəhbərliyinin qeyri-adekvat reaksiyası nəticəsində münasibətlər deqradasiyaya uğrayıb. Hazırda qarşılıqlı münasibətlərin transformasiyası baş verir – yeni normallığın çərçivələri formalaşır. Necə idi? Ən yüksək səviyyədə siyasi dialoq. Liderlər ildə bir neçə dəfə görüşür, operativ şəkildə telefonla zəngləşir və ikitərəfli…
