Azərbaycan maliyyə dayanıqlılığından struktur iqtisadi dayanıqlılığa doğru irəliləyir
Beynəlxalq reytinq agentliyi “Moody’s”in Azərbaycan iqtisadiyyatı ilə bağlı son qiymətləndirmələri ölkənin xarici iqtisadi və geosiyasi şoklara qarşı əhəmiyyətli maliyyə dayanıqlılığına malik olduğunu göstərir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı bildirib ki, Azərbaycanın güclü xalis kreditor mövqeyi, aşağı dövlət borcu və əhəmiyyətli fiskal ehtiyatları qlobal iqtisadi qeyri-müəyyənliklər fonunda ölkə…
