AZƏRBAYCAN-ABŞ STRATEJİ TƏRƏFDAŞLIĞI GÜCLƏNİR, HƏRBİ ƏLAQƏLƏR YENİ YÜKSƏLİŞ MƏRHƏLƏSİNƏ DAXİL OLUR – TƏHLİL
Getdikcə daha mürəkkəb xarakter almağa başlayan müasir beynəlxalq münasibətlər sistemində müdafiə sənayesi dövlətlərin milli təhlükəsizliyinin təmin olunmasında və strateji müstəqilliyinin qorunmasında mühüm rol oynayır. Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra müdafiə qabiliyyətinin gücləndirilməsini prioritet istiqamət kimi müəyyən edib və bu məqsədlə müdafiə sənayesi sahəsində əlaqələrini uğurla şaxələndirib. Bu strategiya ölkənin həm hərbi-texniki potensialının artırılmasına, həm…
