DAVOS FORUMU AZƏRBAYCAN ÜÇÜN MÜHÜM BEYNƏLXALQ ƏMƏKDAŞLIQ PLATFORMASIDIR – TƏHLİL

Dünya İqtisadi Forumu (Davos Forumu) qlobal siyasi-iqtisadi gündəmin formalaşmasında mühüm rol oynayır. Hər il İsveçrənin Davos şəhərində keçirilən illik toplantılar dövlət və hökumət başçılarını, aparıcı transmilli şirkətlərin rəhbərlərini, beynəlxalq təşkilatları və nüfuzlu intellektual dairələri bir araya gətirir. Davos təkcə iqtisadiyyatın müzakirə olunduğu məkan deyil, eyni zamanda, qlobal təhlükəsizlik, enerji siyasəti, iqlim dəyişikliyi və beynəlxalq əməkdaşlıq…

ətraflı

AZƏRBAYCAN QLOBAL MİQYASDA İRİ SƏRMAYƏDARA ÇEVRİLİR

Azərbaycanın qlobal investora çevrilməsi son illərdə ölkəmizdə formalaşan makroiqtisadi sabitliyin, çevik xarici siyasətin və uzunmüddətli strateji hədəflərin nəticəsidir. Ölkə iqtisadiyyatı artıq daxildəki əsaslı kapital qoyuluşlarını qarşılamaq, ixrac gəlirləri hesabına balans yaratmaq səviyyəsindən çıxaraq, beynəlxalq maliyyə bazarlarında fəal iştirak edən etibarlı tərəfdaş mövqeyinə yüksəlib. Makroiqsadi dayanıqlıq, aşağı borclanma səviyyəsi, iri valyuta ehtiyatları və institusional islahatlar nəticəsində…

ətraflı

Azərbaycan və Davos: Qlobal liderlik

Xəzər dənizi sahillərində yerləşən Azərbaycan son iyirmi ildə regional oyunçudan qlobal arenada özünəməxsus səsi olan bir dövlətə çevrilmə prosesini yaşayır. Ümumdünya İqtisadi Forumunda artan iştirakı və təsiri bu transformasiyanın əyani göstəricisidir. Enerji resursları ilə zəngin, lakin bu zənginliyi diplomatiya və iqtisadi diversifikasiya strategiyası ilə birləşdirən Azərbaycan modeli beynəlxalq müşahidəçilərin diqqətini cəlb edir. Davos İsveçrənin dağlıq…

ətraflı

İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi

İllər əvvəl irəli sürülmüş “neft kapitalının insan kapitalına çevrilməsi” ideyası bu gün daha geniş, daha dərin və qlobal çağırışlara uyğun məzmunla təqdim olunur. Prezident İlham Əliyevin xüsusi vurğuladığı məqam ondan ibarətdir ki, təbii resurslar məqsəd deyil, vasitədir və dayanıqlı inkişafın əsas təminatçısı elm, texnologiya və bilik iqtisadiyyatıdır. Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya…

ətraflı

Azərbaycan Avrasiyanın iqtisadi kimliyinin formalaşmasında mühüm yer tutur

Qlobal məkana sürətlə inteqrasiya olunan Azərbaycan Respublikası bir sıra nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməklə yanaşı, dünya miqyasında cərəyan edən sosial-iqtisadi proseslərdə də fəal mövqe nümayiş etdirir. Bu baxımdan ölkəmizin iştirak etdiyi beynəlxalq platformalar sırasında Davos Dünya İqtisadi Forumu xüsusi əhəmiyyət kəsb edir. Ənənəvi olaraq hər il təşkil olunan və cari ildə 56-cı iclasını keçirən…

ətraflı

AZƏRBAYCAN-İTALİYA STRATEJİ ƏMƏKDAŞLIĞI BÜTÜN SAHƏLƏRİ ƏHATƏ EDİR

Azərbaycanın Avropada mühüm rolu, mövqeyi ilə seçilən İtaliya ilə münasibətlərində müşahidə edilən hazırkı dinamik inkişaf son onillikləri əhatə edən ardıcıl siyasi dialoq, institusional əməkdaşlıq və konkret iqtisadi nəticələr fonunda mümkün olub. Azərbaycan-İtaliya Birgə Hökumətlərarası Komissiyasının bu günlərdə Bakıda keçirilmiş VI iclası ikitərəfli əlaqələrin inkişafı üçün ciddi siyasi iradənin və potensialın mövcudluğunu bir daha təsdiq edib….

ətraflı

İRAN ERMƏNİSTANI XƏYANƏTDƏ İTTİHAM EDİR, İRƏVANI TEHRANA ARXADAN ZƏRBƏ VURMAQDA GÜNAHLANDIRIR

İranda başlanan, hələ də davam edən etiraz aksiyaları kontekstində cənub qonşumuz baş verənlərin bir kökünün də xarici mənbələrə gedib çıxdığını iddia edir. Bu kontekstdə həmişəki kimi İran və İsrail əsas tənqid hədəfləridir. Amma son vaxtlar onların sırasına digər bir sıra ölkələr, məsələn, Ermənistan da daxil edilib. İran rəsmi səviyyədə Ermənistanı onun əleyhinə iş aparmaqda ittiham…

ətraflı

AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAFINDA SƏNAYE PARKLARININ XÜSUSİ ÇƏKİSİ ARTIR – TƏHLİL

Qloballaşmanın sürətləndiyi, texnoloji yeniliklərin iqtisadi münasibətləri köklü şəkildə dəyişdirdiyi müasir dövrdə sənaye parkları ölkələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayan əsas mexanizmlərdən birinə çevrilib. Bəllidir ki, sənaye parkları istehsal müəssisələrinin bir ərazidə cəmləşdirilməsi, müasir infrastrukturla təmin olunması və biznes mühitinin əlverişli hala gətirilməsi məqsədi daşıyan xüsusi iqtisadi zonalardır. Bu parklar iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli məhsul istehsalı və…

ətraflı

YERASX-SƏDƏRƏK XƏTTİ: CƏNUBİ QAFQAZIN YENİ SÜLH ARXİTEKTURASINA DOĞRU – ŞƏRH

Ermənistan və Azərbaycan nümayəndələrinin Yerasx-Sədərək dəmir yolu xətti üzrə birgə texniki baxış keçirməsi təkcə mühəndis-texniki xarakterli hadisə deyil, eyni zamanda, regionda formalaşmaqda olan yeni siyasi-iqtisadi reallıqların açıq göstəricisidir. Uzun illər qarşıdurma, etimadsızlıq və kommunikasiyaların bloklanması fonunda bu cür birgə addımlar Cənubi Qafqazın yeni mərhələyə daxil olduğunu göstərir. Xüsusilə də, bu proseslər münaqişədən sonra tərəflər arasında…

ətraflı

Zəfər dövrünün milli kadr idealı: Prezidentin müsahibəsində səslənən meyar və keyfiyyətlər

Dövlətçiliyə xidmətdə insan amili hər zaman həlledicidir Yeni qədəm qoyduğumuz 2026-cı ildə Prezident İlham Əliyev ölkənin inkişafının strateji məsələləri ilə bağlı fikirlərini açıqladı. Dövlətimizin başçısının baxışları ölkəyə rəhbərliyi dövrünün əsas prinsipləri ilə varislik təşkil etməklə yanaşı, yaşadığımız Zəfər çağının, qalib ölkənin reallıqlarına, vətəndaşlarımızın gözləntilərinə uyğun olaraq yeni tələb və meyarları müəyyən etdi. Müsahibənin dövlət idarəçiliyi,…

ətraflı