“ZAYED İNSAN QARDAŞLIĞI” MÜKAFATI VƏ BAKININ QLOBAL SÜLH MESAJI
Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabiyə səfəri və “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindəki çıxışı təkcə diplomatik jest kimi deyil, həm də regionun və qlobal siyasətin aktual gündəmini əks etdirən mühüm siyasi mesajlar kontekstində diqqət çəkir. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən mərasim Azərbaycan-BƏƏ münasibətlərinin strateji səviyyəyə yüksəldiyini bir daha nümayiş etdirməklə yanaşı, rəsmi Bakının sülh, dialoq…
