Admin

D-8 TƏŞKİLATINA ÜZVLÜK AZƏRBAYCANIN MİLLİ MARAQLARINA TAM CAVAB VERİR

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı 1997-ci ildə, inkişaf etməkdə olan səkkiz ölkə tərəfindən qurulub. Bu təşkilatın məqsədi üzv ölkələr arasında iqtisadi, ticarət, maliyyə və texnoloji əməkdaşlığı inkişaf etdirmək, sosial və mədəni əlaqələri gücləndirməkdir. Türkiyə, İran, Pakistan, İndoneziya, Banqladeş, Misir, Nigeriya və Azərbaycanın üzv olduğu təşkilatın zirvə toplantısının keçirildiyi vaxtı, həmçinin regional və qlobal miqyasda cərayan edən…

ətraflı

Azərbaycanın gündəmini sülh, Ermənistanın gündəmini nifrət təşkil edir Rəqəmlərin, ideyaların, müqayisələrin dili ilə nəticələr

Ermənistan və Azərbaycan arasındakı münasibətlər, uzun illər davam edən Qarabağ münaqişəsi fonunda mürəkkəb və çətinliklərlə dolu bir tarixə malikdir. Bu münaqişənin kökləri, hər iki ölkənin milli identiteti, tarixi ərazi iddiaları və etnik mənsubiyyət anlayışları ilə dərin bağlıdır. Təhlillər göstərir ki, qarşılıqlı münasibətlərdən asılı olmayan təktərəfli işğal faktı və yanaşmasının yüzillik tarixi mövcuddur və hazırda meydana…

ətraflı

AVROPA MÜŞAHİDƏÇİLƏRİ SÜLH SAZİŞİNİN BAĞLANMASINI İSTƏMİR

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda yerləşdirilən Avropa İttifaqının müşahidə missiyasının fəaliyyəti çoxdandır ciddi narahatlıq mənbəyinə çevrilib. Azərbaycan rəsmi səviyyədə bu missiyanın fəaliyyətinin regional təhlükəsizliyə, xüsusilə də Ermənistanla münasibətlərin normallaşdırılması və sülh quruculuğu prosesinə zərbə vurduğuna dair çoxsaylı xəbərdarlıqlar edib. Prezident İlham Əliyev rusiyalı jurnalist Dmitri Kisilyova müsahibəsində yenidən bu məsələyə toxunaraq müşahidə missiyası ilə bağlı…

ətraflı

AZƏRBAYCAN ERMƏNİSTAN ÜZƏRİNDƏ HƏRBİ ÜSTÜNLÜYÜNÜ DAVAMLI OLARAQ ARTIRIR

İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşmış yeni geosiyasi reallığı müxtəlif vasitələrlə dəyişməyə çalışan, bu məqsədlə müntəzəm olaraq hərbi-siyasi təxribatlara əl atan Ermənistan hər dəfə daha ciddi zərbə alıb, uğursuzluğa düçar olub. Ötən ilin sentyabr ayında Azərbaycanın keçirdiyi və cəmi 23 saat davam edən lokal antiterror tədbirləri ilə bu ölkənin ərazilərimizdə ikinci erməni dövləti yaratmaq xülyalarına…

ətraflı

SEPARATÇILARIN RƏHBƏRLƏRİNİN MƏHKƏMƏ QARŞISINA ÇIXARILMASI TARİXİ ƏDALƏTİN BƏRPASIDIR

Ötən ilin sentyabr ayında Qarabağda keçirilən lokal antiterror tədbirləri ilə mövcudluğuna son qoyulmuş separatçı rejimin həbs edilmiş rəhbərlərinin cinayət işi üzrə ittiham aktının dekabrın 16-da Bakı Hərbi Məhkəməsinə göndərilməsi fonunda Ermənistanda müəyyən dairələr ölkəmizə qarşı qarayaxma və iftira kampaniyasını genişləndiriblər. Radikal-revanşist qüvvələrlə yanaşı, Ermənistanın ombudsmanının da bu kampaniyada iştirakı, hərbi cinayətlərlə təqsirli bilinən 15 nəfər…

ətraflı

ABŞ-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI SURİYANIN GƏLƏCƏYİNƏ DAİR MÜSBƏT PERSPEKTİV TƏQDİM EDİR

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın açıqlamasında Türkiyənin Suriyanın açarı olacağını deməsi bu ölkənin siyasi gələcəyi ilə bağlı bir çox məqamlara aydınlıq gətirir. İlk növbədə bu, o deməkdir ki, Suriya münaqişəsi həlledici mərhələyə yaxınlaşır və bu mərhələnin əsas güc sahibi Türkiyə olacaq. Rəsmi Vaşinqton bu reallığı dərindən dərk edir və Donald Tramp Türkiyənin bölgədəki gücünü…

ətraflı

Bakı Ukrayna ilə bağlı danışıqlar məkanına çevrilə bilər

Ukraynadakı müharibə atəşkəslə bağlı danışıqların mümkün olduğu növbəti mərhələyə yaxınlaşır. ABŞ-ın yeni seçilmiş prezidenti Tramp artıq Ukrayna prezidenti ilə, onun nümayəndələri isə Ukrayna rəhbərliyi ilə görüşüb. Bununla yanaşı, baş nazir Orban Trampa baş çəkdikdən sonra Rusiya prezidenti ilə müzakirələr aparıb. Aydındır ki, Tramp prezidentliyinin elə ilk günlərində öz nizamlanma düsturunu irəli sürəcək və onu təzyiq…

ətraflı

Aİ-nin Ermənistandakı missiyası (EUMA) sərhədlərin müəyyənləşdirilməsi prosesində maneəyə çevriləcəkmi?!

EUMA-nın tarixi 2022-ci ilin oktyabrında imzalanmış Praqa sazişlərinə gedib çıxır. Missiya cəmi iki ay davam etməli, bu müddət ərzində sülh müqaviləsi imzalanmalı idi. Bu, Azərbaycanla razılaşdırılmış qərar idi. Lakin Praqa görüşündən sonra Fransa prezidenti Qarabağla bağlı qəbuledilməz bəyanatlar verdi. İki həftə sonra isə Paşinyan Soçidə Rusiya prezidentinin “status məsələsi”nin təxirə salınmasını nəzərdə tutan sülh müqaviləsi…

ətraflı

FRANSANIN MÜSTƏMLƏKƏÇİLİK SİYASƏTİ QLOBAL MİQYASDA İFŞA EDİLİR

Yekunlaşmaq üzrə olan 2024-cü ildə Azərbaycanın yürütdüyü qətiyyətli və çevik diplomatiya Avropanın bir sıra qərəzli dairələrinin, xüsusən də açıq-aşkar Ermənistanın himayədarı kimi çıxış edən Fransanın ölkəmizə qarşı yürütdüyü əsassız iftira kampaniyalarını neytrallaşdırıb. İrəvana siyasi dəstək məqsədilə ölkəmiz əleyhinə müxtəlif absurd ittihamlar səsləndirən rəsmi Parisin COP29-un “boykot edilməsi” ilə bağlı apardığı kampaniyada da iflasa uğrayıb. Rəsmi…

ətraflı

ERMƏNİSTANIN KTMT-DƏN UZAQLAŞMASI ONUN TƏHLÜKƏSİZLİYİNƏ NƏ VƏD EDİR?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) postsovet məkanında təhlükəsizlik və hərbi əməkdaşlığı gücləndirmək məqsədilə yaradılmış bir qurum olsa da hazırkı vəziyyətdə onun gələcəyi və fəaliyyət dairəsi bir çox suallar doğurur. Ermənistanın vaxtaşırı bu təşkilatda fəaliyyətini dayandırmasına dair bəyanatlar verməsi təşkilat daxilində fikir ayrılıqlarının yaranmasına, üzv ölkələrin bəzilərinin KTMT-nin səmərəliliyinə inamın azalmasına gətirib çıxarıb. Rusiya isə KTMT-nin…

ətraflı