AVROPADA AZƏRBAYCANA STRATEJİ TƏRƏFDAŞ KİMİ YANAŞAN ÖLKƏLƏRİN SAYI ARTIR
Rəsmi Bakının praqmatik enerji diplomatiyası ötən il Azərbaycanın Avropa ölkələri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Respublikamızın əlverişli geosiyasi vəziyyəti, Avrasiya nəqliyyat – kommunikasiya qovşağında yerləşməsi, qlobal layihələri əzmlə reallaşdırması qeyd edilən münasibətlərə təkan verən mühüm amillər sırasındadır. Ötən il respublikamızın bir sıra Avropa ölkələri ilə münasibətlərinin müsbət məcrada inkişafı, bu regionda yerləşən bir sıra dövlətlərin…
