AZƏRBAYCAN VƏ PAKİSTAN ARASINDA HƏRBİ ƏLAQƏLƏR YENİ DİNAMİK İNKİŞAF MƏRHƏLƏSİNƏ DAXİL OLUR
Azərbaycan və Pakistan arasında müxtəlif istiqamətlər, o cümlədən iqtisadi, hərbi sahədə əlaqələrin inkişafının daha intensiv mərhələsi başlanır. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri əsnasında əldə edilən razılıqlar da qeyd edilənlərin real təzahürüdür. Onun Prezident İlham Əliyevlə görüşlərində, aparılan müzakirələrdə xüsusi diqqət mərkəzində saxlanılan məqam bundan ibarət oldu ki, ölkələrimiz arasında…
