NETANYAHUNUN SƏFƏRİ AZƏRBAYCANIN ÇOXVEKTORLU XARİCİ SİYASƏTİNƏ LEGİTİMLİK QAZANDIRACAQ
İsrailin Baş naziri Benyamin Netanyahunun mayın 8-də Azərbaycana planlaşdırılan rəsmi səfəri təkcə iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi üçün deyil, həm də Cənubi Qafqazda dəyişən geosiyasi tarazlıqlar fonunda mühüm bir hadisə kimi qiymətləndirilə bilər. Bu səfər xüsusilə İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi rəsmi səfərdən dərhal sonra baş verməsi baxımından xüsusi simvolik və strateji…
