AZƏRBAYCANLA ABŞ ARASINDA ENERJİ ƏMƏKDAŞLIĞI YENİ MƏRHƏLƏYƏ YÜKSƏLİR
Birmənalı həqiqətdir ki, enerji faktoru dünya iqtisadiyyatının inkişafında daim həlledici rol oynayan əsas amillərdən biri kimi çıxış edib və etməkdədir. Ümumiyyətlə, tarixin bütün mərhələlərində iqtisadi tərəqqi enerji mənbələrinin mövcudluğu, onların səmərəli istifadəsi və əlçatanlığı ilə sıx bağlı olub. Sənaye inqilabından müasir rəqəmsal iqtisadiyyata qədər bütün inkişaf mərhələlərində enerji istehsalın, nəqliyyatın, texnologiyanın və sosial rifahın əsas…
