“İqtisadi İslahatlar” jurnalı HERA akademik platformasında indeksləşdirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsis etdiyi “İqtisadi İslahatlar” elmi jurnalı Argentinanın La Plata Milli Universitetinin (Universidad Nacional de La Plata – UNLP) HERA (Herramienta para Enriquecimiento de Recursos Académicos) akademik platformasında indeksləşdirilib. HERA akademik resursların keyfiyyət və təsir göstəricilərini müxtəlif beynəlxalq elmi məlumat bazaları əsasında vahid sistemdə təqdim edən platformadır. La Plata Milli…
