NƏQLİYYAT DƏHLİZLƏRİ ÜZƏRİNDƏN SÜLH STRATEGİYASI: İLHAM ƏLİYEVİN REGİONA BAXIŞI – ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi və geo-iqtisadi reallıqlara rəsmi dövlət baxışını əks etdirir. Prezidentin “Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək” fikri, ilk növbədə, regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası və açılmasının yalnız Azərbaycan üçün deyil, bütün region…
